Kredit Evi ASC

Şirkət haqqında:
Kredit Evi MMC 15.03.2017 tarixində dövlət qeydiyyatına alınmışdır.
05.07.2019 -cu ildən etibarən hüquqi statusunu dəyişərək "Kredit Evi" QSC, 07.09.2023-cü ildən isə "Kredit Evi" ASC-çevirilmişdir.
Kredit Evi ASC olaraq əsas fəaliyyət növümüz qızıl- zinət əşiyaları, telefon, planşet, kompüter, avtomobil girovu ilə kreditləşmə və avtomobil lizinqini həyata keçirməkdir.
Məqsədimiz: İnsanlar arasında heç bir sosial fərq qoymadan bütün müştərilərimiz üçün daima daha keyfiyyətli və etibarlı xidmət göstərməklə onlara daha etibarlı və dayanıqlı tərəfdaş olduğumuzu göstərməkdir.
Hal - hazirda 29 filialımız fəaliyyət göstərir. Bu filiallardan 6-sı Bakı şəhərində, 1-i Sumqayıtda, 22-i isə regionlardadır.
Əlaqə vasitələri:
Kredit işçisi (Biləsuvar filialı)
Bu vakansiya təhsil müəssisəsini yeni bitirmiş,hərbi xidmətdən yeni qayıtmış, iş təcrübəsi olmayan və ya az olan,öyrənməyə həvəsli olan şəxslər üçün unikal iş imkanıdır. Bank və lombard fəaliyyəti sahəsində təcrübəsi olanlara üstünlük veriləcəkdir*
Vəzifə öhdəlikləri:
- Aidiyyatı coğrafi ərazidə potensial müştəri cəlbi;
- Kreditlərin rəsmiləşdirilməsi prosesini icra etmək;
- Əmək funksiyalarından irəli gələn digər vəzifələrin yerinə yetirilməsi;
Bizim sizə təklifimiz:
- Müasir idarəetmə sistemi və mehriban kollektiv;
- Bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Gələcək karyeranızın qurulması üçün geniş şərait;
Əgər peşəkar “Kredit Evi” komandasına üzv olmaq istəyirsinizsə şəkilli cv-lərinizi (şəkilli cv mütləqdi) Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiz. E-məktubunuzun “mövzu” (subject) sətrində, müraciət etdiyiniz vəzifəni qeyd edin (“Kredit işçisi” -Biləsuvar rayonu). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaq.