GL ASC

Şirkət haqqında:
2016-cı ildən fəaliyyətə başlayan “GL” ASC müştərilərə “Sizin Lombard” brendi ilə çevik və keyfiyyətli xidmət göstərir. Bakı şəhəri və Respublikamızın bölgələrində 53 filial şəbəkəsi ilə müştərilərə daha yaxın və əlçatan olmaqla qızıl girovu əsasında sərfəli kredit əldə etməkdə geniş imkanlar yaradır.
Şirkətimizin prioritet məqsədlərindən biri də işçi heyətimizi gələcək uğurların təməli olan kapital kimi qiymətləndirməkdir.
İnsan kapitalının inkişafı, insan resurslarının idarə edilməsində çevik və müasir metodların tətbiqi, kollektiv arasında motivasiyanın yüksəldilməsi, bilik və bacarıqların artırılması yönündə müxtəlif layihələrdə iştirak, performans dəyərləndirməsi, keyfiyyətli iş mühitinin yaradılması prioritet məqsədlərimizdəndir.
Əlaqə vasitələri:
Çağrı Mərkəzi üzrə Mütəxəssis
Əsas vəzifə öhdəlikləri:
- Gələn zənglərə cavab verilməsi, satış dəstəyi, sifarişlərin emalı və inzibati yardımın göstərilməsi;
- Məhsul və xidmətlərə dair məlumatların verilməsi məqsədilə müştərilərə çıxan zənglərin təşkili;
- Filiallardan və digər daxili mənbələrdən daxil olan sorğuların cavablandırılması;
- Müştərilərin suallarına dolğun və düzgün cavabların verilməsi;
- Zənglərin aidiyyəti şöbələrə yönləndirilməsinin təmin olunması;
- Müştəri şikayətlərinin dəqiq qeydiyyatı və müvafiq bölmələrə çatdırılmasına nəzarət;
- Hesabatlılıq proseslərinin çevikliyini artırmaq məqsədilə təkmilləşdirmə təşəbbüsləri irəli sürmək.
Namizəddən tələblər:
- Heç bir inzibati və ya cinayət məsuliyyətinin olmaması;
- Ali, orta və ya orta-ixtisas təhsili;
- Gərgin və dinamik iş rejimində işləmək bacarığı;
- Analitik düşünmə qabiliyyəti və yüksək diqqətlilik;
- Müştəri xidmətləri sahəsində baza biliklərinə sahib olmaq;
- İşində məsuliyyətli, dəqiq və operativ olmaq.
İş şəraiti və əlavə məlumat:
- İş yeri: Gəncə şəhəri
- Əmək haqqı və digər şərtlər namizədin bilik və bacarıqlarına əsasən müəyyən olunacaq;
- Peşəkar inkişaf və təlim imkanları təmin edilir.
Müraciət qaydası:
- Tələblərə uyğun namizədlərdən “Çağrı Mərkəzi (Gəncə)” başlığı ilə CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.
- Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
- Qeyd edək ki, təqdim olunan bütün CV-lər məxfi məlumat bazasında saxlanılır.