İsti xörəklər və Dəniz məhsulları aşpazı(Mingəçevirdə)
Qeyd: Yalnız təcrübəli namizədlər qəbul olunur
Əmək haqqı: Namizədin bilik və bacarıqlarına görə dəyərləndiriləcək
Tələblər:
- Namizədlərin müvafiq sahədə iş stajı, təcrübəsi mütləqdir
- İşlədiyi sahədə çalışanlara yaxından kömək etmək;
- İşlədiyi sahəyə aid işlərin müstəqil şəkildə icrası;
- Mətbəxin təyin edildiyi sahələrinin və digər hissələrinin təmizliyi üçün məsuliyyət daşıyır;
- Namizədə olan tələblər:
- İşlədiyi sahədə alət ləvazimatlarla işləmiş olmalı;
- Komandada işləmək qabiliyyəti;
- Operativ, məsuliyyətli və dürüst olmalı.
- Məqsədyönlülük, təşəbbüskarlıq, yenilikçilik, kreativlik;
- Milli və avropa mətbəxi xörəklərini hazırlaya bilmək.
- Dəniz məhsulları xörəklərini hazırlaya bilmək
- Çalışdığı sahədə vaxtin idarəedilməsi
Vəzifə öhdəlikləri:
- Hazırlanan xörəklərin keyfiyyətli və sağlam olmasını, onların tələb olunan gigiyenik standartlara cavab verməsini bilməli;
- Tərtib olunmuş menyu üzrə xörəklərin hazırlanmasını yüksək səviyyədə bilmək, menyuya yeni əlavə edilmiş xörəklərin hazırlanması texnikasını qısa zamanda mənimsəmək;
- Azərbaycan və avropa mətbəxini bilməli və daim yenilikləri öyrənməli:
- Daim axtarışda olmalı və dünya mətbəxini öyrənməli:
- Bazarda mövsümi və yeni məhsullar haqqında ən yeni məlumatlara malik olmalı;
- Bütün istismar avadanlıqları və ləvazimatlarını ehtiyatla istifadə edərək itkilər və tullantıları minimuma endirməli;
- Təyinata əsasən, işə aid olan vəzifələrin və xüsusi layihələrin yerinə yetirilməsi;
- Hazırlanan xörəklərin müştəriyə təqdim edilməsi, göz oxşayan görünüşə gətirilməsi üçün dekor üzrə bacarıqlara sahib olmalı;
- Ərzaqların və hazırlanmış məhsulların saxlama müddətlərini və şərtlərini bilməli və əməl etməli;
- Məhsullardan hazırlanan yarımfabrikatların keyfiyyətinə qoyulan tələbləri bilməli və əməl etməli:
- Qida təhlükəsizliyi prosedurlarına və təhlükəsiz iş mühitinin yaradılması qaydalarına riayət etmək;
- Təyin edilmiş ərazi və ya məntəqənin hər zaman təmiz və səliqəli saxlanılmasını təmin etməli;
- Şirkətə məxsus əmlakın qorunmasını təmin etmək, Daxili inventarlaşmanın aparılması.
Ünvan: Mingəçevir şəhəri H.Hüseynov küç. 25