Baş həkim
İş yeri: Qaşaltı Hotel & SPA (Naftalan şəhəri)
Tələblər:
- Sanatoriyanın səhiyyə şöbəsinin fəaliyyətini tənzimləyən müvafiq qanunvericiliyə əsasən idarəetməsini həyata keçirir;
- Qonaqlara keyfiyyətli və vaxtı-vaxtında tibbi xidmətin göstərilməsinə dair şöbənin işini təşkil edir;
- Sanatoriyanın müalicə fəaliyyətinin təşkilini təmin edir;
- Müalicəvi Naftalan neftinin ayrı-ayrı xəstəliklərdə təsir mexanizmi ilə bağlı keçirilən elmi praktik konfranslarda iştirak etmək;
- Hər il xarici ölkələrdə təşkil olunan sərgilərdə və konfranslarda istirak etməklə və Hoteli təmsil etmək;
- Sanatoriyamıza xarici qonaqların çəlb olunmasına təkliflər irəli sürmək.
- Müalicə həkimləri tərəfindən Naftalanla mualicənin təyinatı zamanı göstəriş və əks göstərişlərə nəzarəti bir başa həyata keçirtmək.
- Alternativ müalicə olunan ağır xəstələrin gündəlik olaraq mualicəsini təqib etmək;
- Daxili iş qrafikinin qaydalarının tələblərinin yerinə yetirilməsinə, təhlükəsizlik qaydaları və əmək müdafiəsinə riayət edilməsinə, avadanlıq və mexanizmlərin düzgün istismarına nəzarət edir;
- Müəssisədə müayinə və müalicənin keyfiyyətinə sistematik nəzarət edir;
- Şöbələrin, müalicə otaqların, laboratoriyanın planlı şəkildə yoxlanılmasını və daha sonra nəticələri ümumi iclasda müzakirə edilməsini həyata keçirir;
- Müalicə-diaqnostika bölmələrinin fəaliyyətinin göstəricilərinin sistematik analizini aparır;
- Aparılan müayinə-müalicə tədbirlərinin effektivliyinin qiymətləndirilməsi;
- Tibbi sənədləşmənin düzgün və vaxtında doldurulması, təyinatların doğru və mütəmadi olaraq yerinə yetirilməsinə dair daimi yoxlanışların aparılması;
- Statistik hesabatın düzgün təşkilini və təyin olunmuş vaxtda müvafiq məlumatların (ayliq, rüblük və illik) təqdim edilməsini təmin edir;
- Müəssisənin struktur bölmələri üzrə planlı və növbədən kənar yoxlamaları, müəssisənin fəaliyyəti ilə bağlı məsələlərin müzakirəsini aparır, tibbi yardımın təşkilində aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün tədbirləri həyata keçirir;
- Kadrların seçilməsi, onların ixtisaslarına uyğun yerləşdirilməsi və baş həkim olaraq işçilərin fəaliyyətini dəyərləndirir;
- Müəssisə üzrə struktur bölmələrinin növbətçilik cədvəlini tərtib edərək təsdiqləyir;
- İşçilərin öz vəzifə öhdəliklərini yerinə yetirməsinin təmin olunması üzrə və daxili intizam, əməyin mühafizəsi üzrə, cihaz, avadanlıq, alətlər və mexanizmlərin istismarı qaydalarının tələblərinin yerinə yetirilməsinə nəzarət edir, tədbirlər görür;
Tələblər:
- Təhsil: Tibb üzrə ali təhsil.
- İş təcrübəsi: Müvafiq sahədə ən azı 5 il, müvafiq vəzifədə azı 3 il iş təcrübəsi.
Bilik və Bacarıqlar:
- 1С 8.3, Opera və İscala proqramlarından işləmə bacarığı;
- Müştərilər ilə peşəkar ünsiyyət qurma bacarığı.
- Peşəkar, işgüzar görünüş və təqdimat;
- Problemləri həll etmə bacarığı;
- Əla təşkilatçılıq və inzibati bacarıqlar;
Kompüter bilikləri:
- MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə.
Dil bilikləri:
- Azərbaycan dili – sərbəst;
- Rus və ya ingilis dili – yaxşı səviyyədə;