North West Construction
Şirkət haqqında:
Şirkət tikinti sektorunda uğurla fəaliyyət göstərir. Hal-hazırda həyata keçirilən layihələr: “Port Baku Tovers 2”, “Bravo Supermarketlər” və “Azərsu Çirkab Suların Texniki qurğuları”. Birgə fəaliyyət göstərdiyi şirkətlər: “PAŞA İnşaat” MMC, “Azərbaycan Supermarket” MMC, “Aqro Dairy” MMC, “Azərsu” ASC və “R-Pharm” MMC. Cəmiyyətin yaradılmasının və fəaliyyətinin əsas məqsədi müxtəlif növ xidmətlərin göstərilməsi, işlərin görülməsi, xarici və yerli fiziki və hüquqi şəxslərin tələbatlarının təmin edilməsidir. Cəmiyyətin əsas fəaliyyət növləri: Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu, təmir – tikinti işlərinin həyata keçirilməsi. Şirkətin uğurla fəaliyyət göstərməsinin əsas səbəbləri, şirkətin rəhbərliyinin kadr siyasətini düzgün aparmasının, işçinin əmək fəaliyyətini lazımınca qiymətləndirməsinin, eləcə də beynəlxalq təcrübəyə müraciət edilməsinin nəticəsidir. Şirkətə işçi götürüldüyü zaman onun yüksək peşəkarlığına və insani dəyərlərinə həmişə önəm verilir.
Əlaqə vasitələri:
Mexanik İşləri üzrə sahə mühəndisi (Ağdərə)
Vəzifə öhdəlikləri:
- Mülki tikinti işlərinə aid bütün mexanik işlərin icrasını idarə etmək və nəzarət etmək;
- İşlərin səmərəli və vaxtında yerinə yetirilməsini təmin etmək üçün resursları (işçi qüvvəsi, avadanlıq və materiallar) optimallaşdırmaq;
- Layihə və mühəndislik sənədləri ilə bağlı metodları, prosedurları, spesifikasiyaları, çertyojları və digər əlaqəli sənədləri şərh və nəzarət etmək;
- İşçi heyətinin səmərəli və effektiv şəkildə təlimatlandırılmasını təşkil etmək;
- Layihənin uğurla icrası məqsədilə digər sahə rəhbərləri və briqadirlərlə koordinasiyalı şəkildə işləmək;
- Sahədə mexanik işləri ilə məşğul olan işçiləri və podratçıları idarə etmək;
- HVAC, havalandırma, su təchizatı, kanalizasiya, yanğınsöndürmə və digər mexaniki sistemlərin quraşdırılması, montajı və sınaq işlərinə nəzarət etmək;
- Mexaniki avadanlıqların və sistemlərin layihəyə uyğun şəkildə quraşdırılmasını və test edilməsini təmin etmək;
- İşçi qruplarının lazımi alət, avadanlıq və materiallarla təmin olunmasına nəzarət etmək, material və avadanlıqların israfının qarşısını almaq;
- İşçi heyətinin materiallardan düzgün istifadə etməsinə, iş yerində intizamın qorunmasına və təhlükəli iş təcrübələrinin qarşısının alınmasına nəzarət etmək;
- İşçiləri Şirkətin bütün təhlükəsizlik və keyfiyyət prosedur və qaydaları ilə tanış etmək və tətbiqinə məsuliyyətlə nəzarət etmək;
- Bütün mexaniki sistemlərin təhvil-təslimi zamanı menecer ilə koordinasiyalı şəkildə fəaliyyət göstərmək;
Tələblər:
- Müvafiq sahə üzrə ali təhsil (mexanika mühəndisliyi və ya müvafiq sahə)
- Tikinti sahəsində minimum 5 il iş təcrübəsi
- Layihə sənədlərini (çertyoj, plan və s.) oxuma bacarığı
- MS Office proqramlarında işləmə bacarığı (AutoCAD üstünlükdür)
- Komandada işləmək və effektiv kommunikasiya bacarığı
Muraciətinizi [email protected] və ya [email protected] elektron poçt ünvanlarına “Mexanik işləri üzrə sahə mühəndisi (Ağdərə)” başlığı ilə göndərməklə edə bilərsiniz.
