North West Construction
Şirkət haqqında:
Şirkət tikinti sektorunda uğurla fəaliyyət göstərir. Hal-hazırda həyata keçirilən layihələr: “Port Baku Tovers 2”, “Bravo Supermarketlər” və “Azərsu Çirkab Suların Texniki qurğuları”. Birgə fəaliyyət göstərdiyi şirkətlər: “PAŞA İnşaat” MMC, “Azərbaycan Supermarket” MMC, “Aqro Dairy” MMC, “Azərsu” ASC və “R-Pharm” MMC. Cəmiyyətin yaradılmasının və fəaliyyətinin əsas məqsədi müxtəlif növ xidmətlərin göstərilməsi, işlərin görülməsi, xarici və yerli fiziki və hüquqi şəxslərin tələbatlarının təmin edilməsidir. Cəmiyyətin əsas fəaliyyət növləri: Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu, təmir – tikinti işlərinin həyata keçirilməsi. Şirkətin uğurla fəaliyyət göstərməsinin əsas səbəbləri, şirkətin rəhbərliyinin kadr siyasətini düzgün aparmasının, işçinin əmək fəaliyyətini lazımınca qiymətləndirməsinin, eləcə də beynəlxalq təcrübəyə müraciət edilməsinin nəticəsidir. Şirkətə işçi götürüldüyü zaman onun yüksək peşəkarlığına və insani dəyərlərinə həmişə önəm verilir.
Əlaqə vasitələri:
Torpaq işləri üzrə sahə mühəndisi (Ağdərə)
Vəzifə öhdəlikləri:
- Layihəyə uyğun olaraq torpaq işlərinin planlaşdırılması və icrasına nəzarət etmək
- Qazıntı, dolğu, sıxlaşdırma və sahənin hamarlanması işlərini koordinasiya etmək
- Texniki çertyoj və layihə sənədlərini analiz etmək və tətbiq etmək
- Sahədə geodeziya ölçülərinin və səviyyələrin düzgün icrasına nəzarət etmək
- Tikinti texnikalarının və işçi heyətinin gündəlik fəaliyyətini idarə etmək
- İşlərin vaxtında və keyfiyyət standartlarına uyğun tamamlanmasını təmin etmək
- Material, texnika və işçi resurslarının səmərəli istifadəsinə nəzarət etmək
- İş həcmlərinin hesablanması və gündəlik hesabatların hazırlanmasını təmin etmək
- Sahədə təhlükəsizlik qaydalarına və əməyin mühafizəsi tələblərinə riayət olunmasına nəzarət etmək
- Podratçılar və digər sahə mühəndisləri ilə koordinasiyalı işləmək
- Problemlərin operativ həllini təmin etmək və rəhbərliyə məlumat vermək
- Texniki sənədləşmə və icra aktlarının hazırlanmasında iştirak etmək
- Rəhbərlik tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirmək
Tələblər:
- Müvafiq sahə üzrə ali təhsil (inşaat mühəndisliyi və ya əlaqəli sahə)
- Tikinti sahəsində minimum 5 il iş təcrübəsi
- Torpaq işlərinin icra texnologiyalarını və mərhələlərini bilmək
- Qazıntı, dolğu, sıxlaşdırma və planlama işlərinin aparılması qaydalarını bilmək
- Torpaq növlərini və onların texniki xüsusiyyətlərini bilmək
- AutoCAD və MS Office proqramlarında işləmə bacarığı
- Tikinti texnikalarının (ekskavator, buldozer, qreyder, katok və s.) iş prinsiplərini bilmək
- Əməyin mühafizəsi, təhlükəsizlik və keyfiyyət standartlarını bilmək
- Tikinti norma və qaydalarını (SNiP, ASTM və digər tətbiq olunan standartlar)
Muraciətinizi [email protected] və ya [email protected] elektron poçt ünvanlarına “Torpaq İşləri üzrə sahə mühəndisi (Ağdərə)” başlığı ilə göndərməklə edə bilərsiniz.
