AYTA LTD MMC

Şirkət haqqında:
AYTA LTD MMC şirkəti 20 ildən artıqdır ki, Azərbaycan bazarında tikinti sahəsində fəaliyyət göstərir. 2024-cü ildən etibarən isə yeni qolu "AYTA MARKET" TİCARƏT MƏRKƏZİ fəaliyyətə başlayıb.
Əlaqə vasitələri:
Satınalma üzrə mütəxəssis (Sumqayıt)
İş yeri: Sumqayıt şəhəri
Tələblər:
- Ali təhsil
- Müvafiq sahə üzrə 3 ildən yuxarı iş təcrübəsi
- Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilmək vacibdir
- MS Office proqramlarından sərbəst istifadə bacarığı
- LOGO TİGER proqramında işləmək bacarığı
- İntizamlılıq, punktuallıq,komandada işləmə bacarığı
İş haqqında məlumat:
- Satınalma prosesinin vaxtında, prosedur və qaydalara uyğun olaraq icra edilməsi və satınalma sorğularının icrası;
- Mallar üzrə texniki məlumat və qiymət araşdırılmasının aparılması
- Bazarın təhlili, tələb olunan məhsul və xidmətlərin daxili bazarda araşdırılması;
- Ən uyğun təchizatçı və tədarükçülərin seçimi, yazışmaların,danışıqların aparılması, görüşlərin təşkil edilməsi;
- Təchizatla bağlı müqavilələrin şərtlərinin müəyyən olunması, hazırlanması və həyata keçirilməsinə nəzarət edilməsi;
- Təchizatçı və tədarükçü bazasının yaradılması, təchizatçıların və tədarükçülərin qiymətləndirilməsi;
- Satınalmanın həyata keçirilməsi ilə bağlı olan tapşırıqların prosedurun tələblərinə uyğun olaraq həyata keçirmək;
- Tədarükçü şirkətlərdən qiymət təkliflərini almaq, təkliflərin müqayisəli təhlilini aparılmaq və optimal təklifin rəhbərliyə təqdim etmək;
- İcra olunan əməliyyatların reyestrini aparmaq;
- Mal/xidmət alışı həyata keçirildikdən sonra işləri təhvil verən tədarükçünün qiymətləndirmə prosesinin həyata keçirilmək.
- Satınalma müqavilələrin tərtibatı üzrə ümumi anlayış;
- Satın alınan malın hərəkətinin və sənədləşdirilməsinin izlənilməsi və təşkil edilməsi;
- Təchizat və satınalmanın ümumi prinsipləri və prossesləri barədə məlumatlı olmaq;
- Razılaşdırılmış ticari şərtlərin icraatına nəzarət.
- Daxili bazar araşdırmalarının aparılması və satış analizlərinin həyata keçirilməsi.
- Satınalma sifarişlərinin idarə edilməsinin həyata keçirilməsi (sifariş analizi, yerləşdirmə, nəzarətdə saxlama, hesabat hazırlama və sifarişin bağlanması);
- Müqavilələrin hazırlanmasının təşkili, müqavilə və ödəniş şərtlərinin müəyyən olunması və nəzarətdə saxlanılması, hesabatların hazırlanması və təqdim edilməsi;
- Daxili və Xarici sifarişçilərdən daxil olan sorğuların (malların və xidmətlərin) mövcud təchizatçılardan satınalımasını təmin etmək;
- Satınalma fəaliyyəti və xərcləri barədə hesabatların verilməsi;
- İstehsalçı tərəfindən qiymətlərin alınması, maliyyətinin çıxarılması;
- Təchizatla əlaqədər rəhbərlik tərəfindən verilən tapşırıqların icra edilməsi.
- Şirkətin bütün prosedur və təlimatlarına riyaət etmək;
Təminatlar:
- Əmək haqqı: Namizədin biliklərinə əsasən təyin ediləcəkdir.
QEYD: Vakansiyaya uyğun namizədlər CV-lərin “SATINALMA ÜZRƏ MÜTƏXƏSSİS” başlığı ilə Müraciət Et düyməsində qeyd olunan e-mail ünvanına göndərə bilər.