Qartal Tikinti Firması

Şirkət haqqında:
Qartal Tikinti Firmasının әsas fәaliyyәt növü telekommunikasiya obyektlәrinin tikintisi, hәrbi obyektlәrin tikintisi, radar izlәmә sistemlәrinin tikintisi, radio-quraşdırma vә digәr tikinti-quraşdırma işlәridir. Hündürlükdә işlәr, telekommunikasiya obyektlәrinin tikintisi vә xüsusi tәyinatlı obyektlәrin tikintisi üzrә Qartal Tikinti Firması Azәrbaycan inşaat bazarında lider firmadır.
Əlaqə vasitələri:
Layihəçi-İnşaat mühəndisi
İş şəraiti
- İş yeri: Əsas iş yeri Qartal Tikinti Firmasının baş ofisi Sumqayıt şəhəri Koroğlu pr. 278 də yerləşir.
- Əmək haqqı: 1000 -1200 AZN (vergilər çıxıldıqdan sonra)
Tələblər:
- Memarlıq və İnşaat Universitetinin “sənaye və mülki tikinti” və “memarlıq” ixtisasları üzrə ali təhsil;
- Sənaye və mülki tikintilərin layihələrinin çəkilməsi üzrə ən azı 2 il iş təcrübəsi;
- Layihələndirmə işləri üçün proqramları bilməlidir (Autocad, Archicad, Tekla Structural )
- Ofis kompyuter proqramlarını (word, excel, outlook və s.) bilməlidir;
- Həm memarlıq, həm də konstruksiya layihələrində işləməyi bacarmalı;
- Layihə olunacaq obyektin texniki göstəricilərinin və material sərfini hesablamağı bacarmalıdır;
- Firmanın yerinə yetirdiyi işlər üzrə işçi və icra layihələrini işləməyi bacarmalıdır;
- İşlənib hazırlanmış layihələri firmanın bölmələri, sifarişçi və nəzarət orqanları nümayəndələri ilə razılaşdırıb, son versiyanı rəhbərliyə təqdim etməlidir;
- Tikini obyektlərində layihə nəzarəti işlərini təşkil etməyi bacarmalıdır;
- Yaşayış yerinin Sumqayıt şəhərində olmasına üstünlük verilir;
- B kateqoriya sürücülük vəsiqəsinin olması arzuolunandır.
İşçi üçün şərait:
- İş günləri 5 günlük iş həftəsi, saat 09:00-18:00 təyin edilir. Bazar günü və bayram günlərində işlədikdə bu günlərin dəyəri əlavə olaraq ödənilir.
- Əsas iş yeri Sumqayıt şəhəri 48-ci məhəllə Koroğlu pr. 278 də Qartal Tikinti Firmasının baş ofisində yerləşən layihə şöbəsidir.
- Günorta yeməyi firrmanın hesabına təmin edilir. Ezamiyyətə göndərildikdə yeməyin və nəqliyyat xərclərinin təşkili firmanın vəsaiti hesabına təşkil edilir.
- Ehtiyac yaranarsa ona özünün idarə etməsi şərti ilə Pick up markalı xidməti avtomobil təhkim edilir;