Veliev MMC

Şirkət haqqında:
2005-ci ildə əsası qoyulan şirkətimizin əsas fəaliyyət istiqaməti ilk öncə PVC qapı və pəncərə profillərinin ölkəmizə idxalatını həyata keçirərək, daxili satışını təşkil etmək olmuşdur. Taxta, dəmir qapı və pəncərələri əvəz edən, yeni texnologiya ilə hazırlanan paslanmayan, rəngi dəyişməyən, yüksək izolyasiya dəyərlərinə sahib olan plastik qapı və pəncərə sistemlərinə yüksək tələbatın yaranması zəmnində şirkətimiz qonşu ölkələrdən PVC qapı və pəncərə sistemlərinin Azərbaycana idxalına başlamışdır. Bu yeni sistemin, yəni plastik qapı və pəncərə sistemlərinin sahib olduqları üstünlüklər (otaq temperaturunu tənzimləməsi, tozu içəri buraxmaması, oksigen qaynağı olan ağacların kəsilməməsi) onların qısa zaman ərzində insanların tərchinə çevrilməsinə imkan verirdi.
Daha sonralar, hər keçən il böyüyərək və öz sahəmizdə daha da büxtələşərək yeni lahiyələrə imza atmağa başladıq. Türkiyənin ən böyük qapı və pəncərə profillərinin istehsalçı firmalarından biri olan ‘’Adopen’’ şirkəti ilə 2010-cu ildə əməkdaşlığa başlayaraq, artıq 2013-cü ildə adı çəkilən şirkət ilə birlikdə ‘’Plaspen’’ markası adı altında Azərbaycanda PVC qapı və pəncərə profillərinin istehsalını reallaşdırdıq.
Sürətli inkişafın nəticəsi olaraq 2015-ci ildən etibarən ‘’Made in Azerbaijan’’ trendinə dəstək olmaq üçün yeni qəlib və dəzgahlarla istehsalatımızı genişləndirdik. Məqsədimiz yüksək keyfiyyətli, dayanıqlı, rəqabətə davamlı, günün tələblərinə cavab verən məhsulun istehsalına nail olmaq idi və biz bunu bacardıq.
Gördüyümüz işlərin nəticəsidir ki, 2017-ci ildə Türkiyənin PVC profil istehsalında pioner və ən böyük şirkət olan, ‘’EgePen Deceuninck’’ ilə rəsmi françayzinq müqaviləsinə imza atdıq. Bu françayzinq müqaviləsinə əsasən ‘’EgePen Deceuninck’’ şirkətinin portfoliosunda ən yüksək yerlərdən birini tutan ‘’Pimapen’’ markasının ölkəmizdə rəsmi istehsal hüququnu əldə etmiş olduq. Beləliklə, Sumqayıt şəhərində tam yeni texnologiyalara cavab verən PVC qapı və pəncərə profillərinin istehsalat zavaodunu inşa edərək, daha geniş fəaliyyətə başladıq.
Əlaqə vasitələri:
SƏTƏM Mühəndisi
Vəzifə təlimatı
- Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə mütəxəssis əməyin mühafizəsi üzrə qabaqcıl təcrübələri istehsalatda tətbiq edir;
- İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyə nəzarət edir;
- İstehsalat qəzalarının baş vermə səbəblərini təhlil edir, qarşısını almaq üçün tədbirlər görür və onların həyata keçirilməsini təşkil edir;
- İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak edir;
- Struktur bölmələrində, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda öz səmərələşdirici təkliflərini verir və tədbirlərin görülməsində iştirak edi;
- Yeni işçilərə giriş təlimatı keçir və əməyin mühafizəsi sahəsində qarşıya çıxan problemlərin aradan qaldırılmasında müəssisə rəhbərliyi ilə birlikdə iş aparır;
- İşçilərə iş yerində ilkin və təkrar təlimatlar, növbədən kənar və məqsədli təlimatların aparılması və müvafiq jurnallarda qeyd olunmasını yerinə yetirir;
- İşçilərin əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə biliklərinin yoxlanılmasını təşkil edir və müvafiq jurnallarda qeydiyyatların aparılması ilə protokollaşdırır;
- Şirkətdə yanğın təhlükəsizliyi sisteminin, yanğın paneli və yanğınsöndürmə avadanlıqlarının işlək vəziyyətdə olmasına nəzarət edir;
- Elektrik şəbəkələrinin və avadanlıqlarının (transformator, generator, ötürücü və s.) inspeksiyası işlərini yerinə yetirir;
- Şirkətə təmir, yenidənqurma, bərpa işləri üçün və qonaq kimi gələn şəxslərə yazılı giriş təlimatının keçirilməsi və qeydiyyatının aparılmasını təmin edir;
- Yeməkxanada sanitar-gigiyenik qaydalara əməl olunmasına nəzarət edir, ayda bir dəfə sanitar qaydalara əsasən inspeksiya edir;
- Xəsarət alan işçilərə ilkin tibbi yardımın göstərilməsi, lazım gəldikdə müayinə və tibbi yardım üçün xəstəxanaya çatdırılmasını təmin edir;
- Müəssisədə ilkin tibbi yardım qutularının düzgün istifadəsi və uyğun formada olmasına nəzarət edir, istifadə müddəti bitmiş və istifadəyə yararsız olan tibbi vasitələrin kənarlaşdırılması və əvəzlənilməsini təmin edir;
- Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə mütəxəssis mövcud forma və qaydalara uyğun olaraq hesabat aparır.
- Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə mütəxəssis aşağıdakıları etməlidir:
- Sağlam və təhlükəsiz iş şəraiti yaratmaq üçün təkliflər hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Əməyin mühafizəsi üçün norma, qayda və təlimatların tələblərini yerinə yetirmək;
- Səs-küyün, titrəmənin, çirklənmənin, tozlanmanın, işıqlanmanın, temperaturun, nəmişliyin və başqa istehsalat faktorlarının səviyyəsinin ölçülməsinin qeydiyyatını aparmaq;
- Aspirator və ventilyasiya sistemlərinin keyfiyyətli işləməsinə nəzarət etmək;
- Qoruyucu qurğuların və mühafizə vasitələrinin vəziyyətini yoxlamaq;
- İş yerlərində təlimatların vaxtında keçirilməsini təmin etmək;
- İşçilərin əməyin mühafizəsi sahəsində təlimlərə cəlb edilməsi, biliklərinin yoxlanılması və attestasiyadan keçirilməsi sahəsində işləri təşkil etmək;
- İstehsalatda bədbəxt hadisələrin araşdırılması və uçotunun aparılmasını yerinə yetirmək.
Namizəd üçün tələblər:
- İstehsalat şəraitini nəzərə alaraq bəy namizəd tələb olunur
- Ali təhsil;
- Şəxsi nəqliyyat vasitəsinin olması
- Müvafiq sahədə minimum 1-3 il iş təcrübəsi (əsasən istehsalat sahəsində təcrübəsi olanlara üstünlük veriləcək);
- Microsoft Excel, Microsoft Word kompyuter proqramlarında sərbəst işləmək bacarığı;
- Azərbaycan dili biliyi (Rus və İngilis dili biliyi olması üstünlükdür);
- Komanda ilə işləmə bacarığı;
- Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmalı.
- Nizam-intizamlı, məsuliyyətli olmalı.
- Analitik düşüncə və problem həll etmə bacarığı.
İş şərtləri:
- Əmək haqqı: Müsahibə əsasında təyin olunur
- İş yeri: Sumqayıt şəhəri
- Nahar və servis xidməti müəssisə tərəfindən təşkil edilir.
- İş qrafiki: 6 günlük (6-cı gün qısa iş günü)