Prior Leasing
Şirkət haqqında:
Prior Leasing” şirkəti 2014-cü ildə Azərbaycan vətəndaşları olan fərdi sahibkarlar tərəfindən təsis edilmişdir. Şirkət ölkənin bütün regionlarında müştərilərinə rahat və operativ xidmət göstərmək məqsədilə, yeni filialların yaradılmasına və iş prosesində innovativ texnologiyaların istifadəsinə üstünlük verir.
Hazırda əsas istiqaməti kənd təsərrüfatı texnikasının lizinqi olan “Prior Leasing” bugün müştəriləri olan fərdi sahibkarlara və yerli şirkətlərə yüzlərlə kənd təsərrüfatı texnikası və aqreqatlarını, suvarma sistemlərini, soyuducu anbarlar və emal avadanlıqlarını, tikinti texnikalarını həmçinin iri və xırda buynuzlu damazlıq heyvanlarını sərfəli lizinq şərtləri ilə təklif edir. “Prior Leasing” şirkəti “Dövlət Aqrar Kredit və İnkişaf Agentliyi”nin Müvəkkil Kredit Təşkilatı seçilərək öz müştərilərinə Agentliyin vəsaitləri hesabına güzəştli lizinq təklif etməyə nail olmuşdur.
Əlaqə vasitələri:
Təcrübəçi (Saray / Sumqayıt)
Prior Leasing satış, lizinq və müştəri xidmətləri sahəsində inkişaf etmək istəyən gənclər və yeni məzunlar üçün ödənişli Təcrübə Proqramı elan edir.
Tələblər:
- Ali təhsil
- B kateqoriyalı sürücülük vəsiqəsi
- Ünsiyyət və təqdimat bacarıqları
- Komanda ilə işləmə bacarığı
- Məsuliyyətli və operativ yanaşma
Öhdəliklər:
- Satış və lizinq proseslərində iştirak etmək
- Müştərilərlə ilkin kommunikasiya qurmaq
- Müştəri xidmətləri proseslərinə dəstək olmaq
- Şirkətdaxili prosedurları öyrənmək və tətbiq etmək
- Verilən tapşırıqları vaxtında yerinə yetirmək
Nə təklif edirik:
- Real iş mühitində praktiki təcrübə
- Peşəkar mentor dəstəyi
- Satış və müştəri xidməti sahəsində inkişaf imkanı
- Rəsmi əmək müqaviləsi
İş şərtləri:
- İş qrafiki: Həftədə 5 iş günü (yarım iş günü)
- Təcrübə müddəti: 3 ayadək
- Əməkhaqqı: 200 AZN
- İş yeri: Saray / Sumqayıt









