ATS Food
Şirkət haqqında:
“Agro Trade Supply” (ATS) ölkəmizin aqrar-sənaye sektorunda fəaliyyət göstərən, fermerlərlə sıx əməkdaşlıq edən və alıcılara yüksək keyfiyyətli kənd təsərrüfatı və ərzaq məhsulları təklif edən şirkətlər qrupudur. Şirkətin missiyası bölgələrdə dənli və dənli paxlalı bitkilərin istehsalı və emalı sahələrini inkişaf etdirmək, yerli əhalinin gəlirlərini artırmaq və bu yolla ölkəmizin ərzaq təhlükəsizliyinə töhfə verməkdir.
Şirkətin strukturuna un dəyirmanı, kombinə edilmiş 2 qüvvəli yemlər zavodları, soya emalı zavodu,qarğıdalı emalı fabriki və toxum emalı zavodları daxildir. Bundan başqa, ATS Qrup, 11 min hektarda kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olur. ATS Qrupa daxil olan “Abşeron-Taxıl” un dəyirmanında il ərzində 100 min ton yüksək keyfiyyətdə həm zavod çörəyi, həm də təndir çörəyi üçün un istehsal edilir.
Şirkətin missiyası bölgələrdə dənli və dənli paxlalı bitkilərin istehsalı və emalı sahələrini inkişaf etdirmək, yerli əhalinin gəlirlərini artırmaq və bu yolla ölkəmizin ərzaq təhlükəsizliyinə töhfə verməkdən ibarətdir.
Əlaqə vasitələri:
ERP üzrə Şöbə Müdiri
İş yeri: Sumqayıt şəhəri
Vəzifə öhdəlikləri
- ERP sisteminin gündəlik fəaliyyətinə nəzarət etmək, sistem performansını izləmək
- Biznes bölmələri ilə sıx əməkdaşlıq edərək ERP sisteminin biznes ehtiyaclarına uyğun inkişafını təmin etmək
- ERP sistemində “data governance” çərçivəsini qorumaq və master data keyfiyyətinə nəzarət, ERP imkanları ilə data təhlükəsizliyini təmin etmək və əməliyyat risklərini minimuma endirmək
- Manual proseslərin minimuma endirilməsi və avtomatlaşdırma səviyyəsinin artırılması üzrə təşəbbüslər həyata keçirmək
- Şirkətin rəqəmsal transformasiya təşəbbüslərində aktiv iştirak etmək və ERP sistemlərinin bu istiqamətdə inkişafını və layihə idarə etməsini təmin etmək
- BI alətləri (Power BI və s.) ilə inteqrasiyanı təmin etmək, hesabatların avtomatlaşdırılmasına dəstək olmaq
- ERP istifadəçiləri üçün təlim proqramları hazırlamaq və həyata keçirmək
- ERP komandasının işini təşkil etmək və prioritetləri müəyyənləşdirmək, komandanın peşəkar inkişafını və performansını idarə etmək
- Şöbə əməkdaşlarının iş bölgüsünün və işin icrasını düzgün qurmaq
- İnformasiya texnologiyaları və proqram təminatı ilə bağlı beynəlxalq təcrübəni öyrənmək və onun tətbiqi ilə bağlı təkliflər vermək
- Yeni proqram və kommunikasiya xidmətlərini təhlil etmək və onların nəticəsi barədə təkliflər vermək.
Tələblər:
- İnformasiya texnologiyaları, mühəndislik və ya əlaqəli sahə üzrə ali təhsil
- Minimum 5 il ERP sahəsində təcrübə (ən azı 2-3 il rəhbər vəzifədə)
- ERP sistemləri üzrə dərin biliklər
- İstehsal və ya FMCG sektorunda ERP təcrübəsi üstünlükdür
- Biznes proseslərdə (maliyyə, tədarük zənciri, istehsalat, kommersiya) texniki və analitik baxış təcrübəsi
- Layihə idarəetmə bacarıqları
- Analitik düşüncə və problem həll etmə qabiliyyəti
- İngilis dili – yaxşı səviyyədə
İş şəraiti
- İş qrafiki: 5 günlük iş qrafiki
- İş saatı: 09:00-18:00
- Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən (ştat cədvəli aralığında)
Üstünlüklərimiz:
- Nahar təminatı
- Servis təminatı
- Könüllü tibbi sığorta
- Korporativ nömrə və danışıq limiti
- Amortizasiya xərci
- Yanacaq limiti









