ASSAN-STP Panel
Şirkət haqqında:
Sumqayıt Texnologiyalar Parkı sendviç panellərini “STP panel” brendi altında istehsal edir. STP-nin Sendviç Panellər Zavodunda bu brend altında Poliuretan və Daş yun sendviç panellər istehsal edilir.
STP panel sendviç panelləri yüksək keyfiyyəti, əla istilik izolyasiyası, asan quraşdırılma və sökülmə qabiliyyəti, uzunömürlülüyü, yanğına və suya yüksək müqaviməti, səs izolyasiyası, korroziyaya davamlılıq kimi xüsusiyyətləri ilə seçilir, demək olar ki, bütün iqlim zonalarında xarici və arakəsmə divarlar, həmçinin dam örtüyü üçün istifadə olunur.
Əlaqə vasitələri:
Loqistika üzrə aparıcı mütəxəssis
İş şərait:
- İş yeri: Azərbaycan, Sumqayıt
- İş qrafiki: 5 günlük iş həftəsi, saat 08.00-17.00
- İstirahət günləri: Şənbə,bazar günləri və qanunvericilikdə nəzərdə tutulmuş hüzn günü və bayram günləri
Assan Panel dayanıqlı binalar üçün geniş çeşiddə məhsullar istehsal edir. Fəaliyyət göstərdiyi sektorda aşkar şəkildə qabaqcıl yerdə olan Assan Panel poliuretan dolğulu panellər, yanğına qarşı müqavimətə malik PIR və daş yunu dolğulu, soyuducu anbarlar, dam və divarlar üçün sendviç panel məhsulları, müxtəlif layihələr üçün istehsal etdiyi yardımçı vasitələrlə dayanıqlı və ekoloji təmiz binaların inşaa edilməsində töhfə verməkdədir.
Vəzifə öhdəliyi:
- Daxildə emal gömrük prosedurları çərçivəsində ixrac (export) göndərişləri üçün tələb olunan icazələrin və sənədlərin alınmasının təmin edilməsi.
- İxrac əməliyyatlarının həyata keçirilməsi üçün zəruri gömrük çıxışları proseslərinin icra edilməsi.
- İxrac əməliyyatlarından sonra gömrük stoklarının və fiziki stokların uyğunluğunun izlənilməsi və nəzarətdə saxlanılması.
- Gömrük və anbar qeydləri arasında yarana biləcək fərqlərin araşdırılması və aradan qaldırılması üçün tədbirlərin görülməsi
- Sifarişlərə əsasən daşınmada ən optimal qiymətli logistika şirkətinin seçilməsi və nəqliyyatın təşkil olunması;
- Logistika xərclərinə qənaət edilməsi məqsədi ile parsiel daşınmaların təşkil olunması;
- Gündəlik marşrutlara nəzarət etmək və vaxtında çatdırılmanın təmin etmək üçün marşrut planlarını təkmilləşdirılməsi;
- Sürücülərin, nəqliyyat vasitələrinin, yüklərin və səfərlərin əlaqələndirilməsi, daşınmaların təşkili;
- Logistika prosesinin tətbiqi və inkişaf etdirilməsi;
- Sağlamlıq və təhlükəsizlik standartlarına əməl olunmasını təmin edilməsi;
- Məhsuldarlığı və keyfiyyəti qoruyarkən xərclərin azaldılması təşəbbüsünün inkişaf etdirilməsi;
- Vaxtında və çatdırılmaları dəqiq təmin etmək üçün anbar və nəqliyyat işçiləri ilə birgə işləmək;
- Logistikada risk menecmentini həyata keçirmək-avadanlıq, mal, xammal, material, yük, daşıyıcı məsuliyyəti üçün sığorta təmin edilməsi;
- Şirkətin proses və prosedurlarını izlənməsi və onlara əməl edilməsi;
- Logistika üzrə aylıq ve illik hesabatların rəhbərliyə verilməsi.
Namizədə olan tələblər:
- Ali təhsil;
- İngilis dili (orta səviyyə);
- Kompüter proqramlarında işləmə bacarığı (ERP, Excel, Word, Outlook);
- Daimi araşdırma bacarığı;
- Yeni texnologiyalara öyrənməyə həvəsli;
- Dinamik və tələbkar iş mühitində işləməyə hazırlıqlı.
Digər məlumatlar:
- Şirkət tərəfindən servis xidməti;
- Günlük nahar təminatı;
- Korporativ mobil rabitə paketi;
- İllik tibbi sığorta;
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
- Stabil və nüfuzlu şirkətdə çalışma mühiti;
- Rəqabətqabiliyyətli əmək haqqı (namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə əsasında müəyyən edilir).









