STP Global Cable
Şirkət haqqında:
“STP Global Cable” MMC, STP Şirkətlər Qrupunun nəzdində yaradılan Biznes vahidlərindən biridir. Tərkibinə Kabel və Elektrik Avadanlıqları zavodları daxildir. Şirkətin istehsal sahəsi ümumilikdə 7 hektardan çox qapalı ərazidən ibarətdir.
“STP Global Cable” MMC, məftil və kabel sənayesində məqbul reputasiya qazanmışdır. İndiyədək 12 illik fəaliyyətimizdə biz keyfiyyətli və etibarlı naqil və kabellərimizdən danışılan bir sıra məhsul və sistem sertifikatları və mükafatlarla təriflənmişik ki, bu da bizi Azərbaycanda və dünya bazarında ən keyfiyyətli məftil və kabel şirkətlərindən birinə çevirib.
Əlaqə vasitələri:
SƏTƏM üzrə kiçik müfəttiş
“STP GLOBAL CABLE” MMC SƏTƏM bölməsi üzrə “SƏTƏM üzrə kiçik müfəttiş” vakansiyası elan edir.
“STP Global Cable” MMC, STP Şirkətlər Qrupunun nəzdində yaradılan Biznes vahidlərindən biri olub, tərkibinə Kabel və Elektrik Avadanlıqları zavodları daxildir. Həm məhsul çeşidliyinin çoxluğu, həm də həcm baxımından regionun ən iri kabel və elektrik avadanlıqları istehsalçısı olan şirkətimiz xarici bazar üzrə də önəmli müştəri bazasına malikdir. Şirkətin istehsal sahəsi ümumilikdə 7 hektardan çox qapalı ərazidən ibarətdir.
Özünə və peşəkarlığına güvənən, müvafiq sahədə təcrübəsi olan və tələblərə cavab verən namizədləri komandamıza qoşulmağa dəvət edirik.
Bizim üçün uyğun namizəd:
- Ali təhsil (Əməyin mühafizəsi, texniki, mühəndislik və ya digər uyğun ixtisaslar üzrə təhsilə üstünlük verilir);
- İstehsalat müəssisələrində SƏTƏM sahəsi üzrə minimum 1–2 il iş təcrübəsi arzuolunandır;
- Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli;
- Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;
- İşgüzar və məsuliyyətli olmalıdır.
Hansı işləri görəcəksiniz?
- Müəssisədə SƏTƏM tələblərinə, daxili prosedurlara və ISO 45001, ISO 14001 standartlarının tələblərinə əməl olunmasına nəzarət etmək;
- İstehsalat, anbar və yardımçı sahələrdə planlı və növbədənkənar SƏTƏM yoxlamaları aparmaq, aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılmasına nəzarət etmək;
- İşçilərin SƏTƏM üzrə təlimatlandırılması, FMV-lərdən düzgün istifadə, yanğın təhlükəsizliyi və fövqəladə hallar üzrə maarifləndirmə işlərini həyata keçirmək;
- Fövqəladə hallara hazırlıq, təxliyə planları və praktiki təlimlərin təşkilində iştirak etmək;
- Əmək, sənaye təhlükəsizliyi və ətraf mühit üzrə normativ-hüquqi tələblərə uyğunluğun təmin edilməsində, həmçinin dövlət qurumlarının yoxlamaları üçün sənədlərin hazırlanmasında iştirak etmək.
Nə əldə edəcəksiniz?
- Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
- Adekvat əmək haqqı;
- Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;
Əlavə məlumatlar:
- Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
- Şirkət tərəfindən naharla, nəqliyyatla (servis) təmin edilmə;
- İş vaxtı - Növbəli;
- İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.









