Ofis menecer
İş yeri Bakı şəhərindədir
ƏMƏK FUNKSİYASI
Ofisin ümumi idarə olunması:
- Ofisin daxili iş proseslərini təşkil etmək və nəzarət etmək.
- İdarəetmə heyəti ilə əməkdaşlıq edərək gündəlik fəaliyyətin koordinasiyası.
- Ofis qaydalarının tətbiqi və onlara əməl olunmasına nəzarət.
İnzibati işlərin aparılması:
- Gündəlik yazışmaların təşkili və cavablandırılması (e-mail, məktublar, sənədlər).
- Qəbul edilən və göndərilən sənədlərin qeydiyyatı və arxivləşdirilməsi.
- Görüşlərin təşkili, qonaqların qarşılanması və digər inzibati dəstək işləri.
Lazımi ofis ləvazimatlarının təmin olunması:
- Ofis üçün lazım olan material və avadanlıqların alınmasına nəzarət.
- Ofis ehtiyatlarının idarə edilməsi və təchizat proseslərinin təşkili.
Məlumat axınının idarə olunması:
- Daxili və xarici məlumatların vaxtında və düzgün şəkildə yönəldilməsi.
- Müxtəlif şöbələr arasında informasiya mübadiləsinin təşkili.
İnsan resursları ilə bağlı ilkin dəstək:
- Yeni əməkdaşların sənədləşdirilməsi və ofisə inteqrasiyasına yardım.
- İşçilərin davamiyyəti, məzuniyyətləri və digər inzibati məsələlərin izlənməsi.
Rəhbərliyə hesabat vermək:
- Həftəlik və aylıq hesabatların hazırlanması.
- Ofisin fəaliyyətinə dair rəhbərliyə təqdimatlar və təkliflər vermək.
Texniki və xidmət heyəti ilə əlaqə:
- Texniki xidmət, təmizlik və digər dəstək xidmətlərinin düzgün işləməsini təmin etmək.
- Müqaviləli xidmətlər (təhlükəsizlik, təmizlik və s.) ilə əlaqələrin idarə olunması.
Tələblər:
- Tələb olunan vəzifə üzrə minimum 2 (iki) il iş təcrübəsi;
- Rus dili biliyi (danışmaq, başa düşmək, yazmaq, oxumaq), digər xarici dil biliyinin olması arzuolunandır və üstünlük təşkil edir;
İş şəraiti:
- İş qrafiki: bazar ertəsi-cümə günləri, saat 09:00 - 18:00
- Nahar fasiləsi 13:00 – 14:00
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır.
Mövzü yerinə “Ofis menecer” yazıb b.isgenderov@xan.az və s.gurbanov@xan.az elektron poçt ünvanlarına göndərməyiniz xahiş olunur.