North West Construction
Şirkət haqqında:
Şirkət tikinti sektorunda uğurla fəaliyyət göstərir. Hal-hazırda həyata keçirilən layihələr: “Port Baku Tovers 2”, “Bravo Supermarketlər” və “Azərsu Çirkab Suların Texniki qurğuları”. Birgə fəaliyyət göstərdiyi şirkətlər: “PAŞA İnşaat” MMC, “Azərbaycan Supermarket” MMC, “Aqro Dairy” MMC, “Azərsu” ASC və “R-Pharm” MMC. Cəmiyyətin yaradılmasının və fəaliyyətinin əsas məqsədi müxtəlif növ xidmətlərin göstərilməsi, işlərin görülməsi, xarici və yerli fiziki və hüquqi şəxslərin tələbatlarının təmin edilməsidir. Cəmiyyətin əsas fəaliyyət növləri: Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu, təmir – tikinti işlərinin həyata keçirilməsi. Şirkətin uğurla fəaliyyət göstərməsinin əsas səbəbləri, şirkətin rəhbərliyinin kadr siyasətini düzgün aparmasının, işçinin əmək fəaliyyətini lazımınca qiymətləndirməsinin, eləcə də beynəlxalq təcrübəyə müraciət edilməsinin nəticəsidir. Şirkətə işçi götürüldüyü zaman onun yüksək peşəkarlığına və insani dəyərlərinə həmişə önəm verilir.
Əlaqə vasitələri:
Texniki ofis mühəndisi (Xocavənd)
Vəzifə öhdəlikləri:
- Layihə üzrə lazımı məlumatların (çertyojlar, texniki hesabatlar, material siyahılar və s.) hazırlanması və yoxlanılması
- Tender üçün lazım olan texniki sənədlərin və hesabatların hazırlanması
- İşlərin və materialların miqdarını, qiymətini və tələb olunan resursları müəyyən etmək
- Layihə üzrə iş həcmini vəresurs tələblərini müəyyən etmək üçün kəşfiyyat hesabatlarının hazırlanması
- Dəyəri optimallaşdırmaq üçün alternativ material və ya metod təklifləri hazırlamaq
- Tenderə cəld olunmuş sabpodratçılar və təchizatçılardan alınan təklifləri nəzərdən keçirmək və qiymətləndirmək
- Tender prosesi zamanı sifarişçidən (müştəridən) gələn texniki sualları cavablandırmaq
- Tender sənədlərinin düzgün şəkildə arxivləşdirilməsi və saxlanılması
- Uğurlu və uğursuz tenderlərin nəticələrini analiz etmək, gələcək üçün təkminləşdirmə sahələrini müəyyənləşdirmək
- Layihə üçün tələb olunan material və xidmətlərin bazar qiymətlərini araşdırmaq
Tələblər:
- Excel bilikləri: mürəkkəb funksiyaların istifadəsi (VLOOKUP, HLOOKUP, Pivot Table, IF/ELSE, SUMIF, və s.)
- Tender sənədlərinin tələblərini və texniki spesifikasiyaları oxuyub başa düşmək qabiliyyati
- Müqavilələrinin, texniki təkliflərin hazırlanması və qiymətləndirilməsi üçün lazım olan biliklər
- Müvafiq texniki sahədə ali təhsil (Mühəndis)
