Az-Caspian CONSTRUCTION
Şirkət haqqında:
2009-cu ildən “Az-Caspian CONSTRUCTION” adıyla öz uğurlu fəaliyyətinə başlamış şirkətimiz bugünə qədər etibarlılıq və dürüstlük kimi dəyərlərə əsasalanaraq bir çox böyük layihəyə imza atıb.
Bu gün “Az-Caspian CONSTRUCTION” ölkəmizin ən güvənli və keyfiyyətli tikinti şirkətlərindəndir. Şirkətimiz qarşısına qoyduğu məqsədlərə artıq böyük uğurla çatmış və bundan sonrakı fəaliyyətində də bu kursu davam etdirmək əzmindədir.
Tam spektrda xidmət göstərən şirkətimiz, memari layihələrin yaradılması, mühəndislik hesablamaların aparılması, innovativ texnologiyalar, materiallar və unikal istehsalat imkanlarının istifadəsiylə keçirilən tikinti işlərindən başlayaraq interyer və landşaft dizaynına qədər istənilən mürəkkəblikdə məsələləri həll edir.
Əlaqə vasitələri:
Sahə memarı
Tələblər:
- Memarlıq sahəsi üzrə ali təhsil;
- Sahə üzrə ən azı 4-5 il iş təcrübəsi;
- Müasir tikinti norma və qaydalarını bilməli (AzDTN qaydaları əsasında);
- MS Office, AutoCad, SketchUp, Adobe Photoshop, proqramlarında professional səviyyədə işləmə bacarığı (Revit, İnDesign,İllustrator, Lumion, 3DsMax arzu olunandır);
- Dil bilikləri: azərbaycan dili (yazılı və şifahi sərbəst ünsiyyət),
- İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, müstəqil və qrup daxilində işləmək bacarığı;
- Namizəd tərəfindən şəxsi Portfolionun göndərilməsi arzuolunandır;
- Yaradıcılıq və müasir dizayn tendensiyaları üzrə biliklər.
Vəzifə öhdəlikləri:
- Memarlıq layihələrində sərbəst çalışmaq, eskiz və işçi layihələri hazırlamaq;
- İri miqyaslı layihələrdə işləmə bacarığı;
- Müasir materiallar və texnologiyalar ilə işləmə bacarığı (işıqlandırma, fasad materialları, landşaft elementləri və s.);
- Subpodrat təşkilatlara texniki tapşırıqların işləyib hazırlanması və tapşırılmış işin icrası üçün, onların lazımi məlumatlarla təmin edilməsi;
- Qəbul olunmuş layihə tapşırıqlarının layihələndirmə və tikinti üzrə qüvvədə olan normativ sənədlərə uyğunluğunun təmin edilməsi;
- Layihənin memarlıq hissəsinin digər bölmələrlə əlaqəsinin, lazımi texniki sənədlərin komplektliyinin təmin edilməsi;
Əlavə məlumatlar:
- İş rejimi: 6 gün.
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır.
- İş yeri: Qarabağ
Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
Əlaqə telefonu: 055 216 20 65

