North West Construction
Şirkət haqqında:
Şirkət tikinti sektorunda uğurla fəaliyyət göstərir. Hal-hazırda həyata keçirilən layihələr: “Port Baku Tovers 2”, “Bravo Supermarketlər” və “Azərsu Çirkab Suların Texniki qurğuları”. Birgə fəaliyyət göstərdiyi şirkətlər: “PAŞA İnşaat” MMC, “Azərbaycan Supermarket” MMC, “Aqro Dairy” MMC, “Azərsu” ASC və “R-Pharm” MMC. Cəmiyyətin yaradılmasının və fəaliyyətinin əsas məqsədi müxtəlif növ xidmətlərin göstərilməsi, işlərin görülməsi, xarici və yerli fiziki və hüquqi şəxslərin tələbatlarının təmin edilməsidir. Cəmiyyətin əsas fəaliyyət növləri: Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu, təmir – tikinti işlərinin həyata keçirilməsi. Şirkətin uğurla fəaliyyət göstərməsinin əsas səbəbləri, şirkətin rəhbərliyinin kadr siyasətini düzgün aparmasının, işçinin əmək fəaliyyətini lazımınca qiymətləndirməsinin, eləcə də beynəlxalq təcrübəyə müraciət edilməsinin nəticəsidir. Şirkətə işçi götürüldüyü zaman onun yüksək peşəkarlığına və insani dəyərlərinə həmişə önəm verilir.
Əlaqə vasitələri:
Sahə mühəndisi (Qarabağ)
Vəzifə öhdəlikləri:
- Layihə menecerinə birbaşa tabe olaraq sahədə işlərin koordinasiyasını təmin etmək
- Tikinti-quraşdırma işlərinin layihə sənədlərinə uyğun icrasına nəzarət etmək
- Gündəlik iş prosesinin planlaşdırılması və iş bölgüsünün təşkili
- İşlərin qrafikə uyğun və vaxtında icrasını təmin etmək
- Sahədə çalışan briqadaların və subpodratçıların fəaliyyətinə nəzarət etmək
- Görülən işlərin keyfiyyətinə və texniki standartlara uyğunluğuna nəzarət
- Texniki sənədlərin (aktlar, hesabatlar və s.) hazırlanmasında iştirak
- Layihə dəyişiklikləri zamanı operativ qərarların verilməsi və tətbiqi
- Materialların düzgün istifadəsinə və sahədə resursların idarə olunmasına nəzarət
- Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək
- Rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi
Tələblər:
- Müvafiq sahə üzrə ali təhsil (inşaat mühəndisliyi və ya əlaqəli sahə)
- Tikinti sahəsində minimum 3–5 il iş təcrübəsi
- Tikinti prosesləri və texnologiyaları üzrə yaxşı bilik
- Layihə sənədlərini (çertyoj, plan və s.) oxuma bacarığı
- Planlaşdırma və təşkilatçılıq bacarıqları
- Azərbaycan dilində sərbəst, İngilis dili biliyi üstünlükdür
- MS Office proqramlarında işləmə bacarığı (AutoCAD üstünlükdür)
- Komandada işləmək və effektiv kommunikasiya bacarığı
- Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq
- Təzyiq altında işləmək bacarığı
Muraciətinizi [email protected] və ya [email protected] elektron poçt ünvanlarına “Sahə mühəndisi (Qarabağ)” başlığı ilə göndərməklə edə bilərsiniz.

