North West Construction
Şirkət haqqında:
Şirkət tikinti sektorunda uğurla fəaliyyət göstərir. Hal-hazırda həyata keçirilən layihələr: “Port Baku Tovers 2”, “Bravo Supermarketlər” və “Azərsu Çirkab Suların Texniki qurğuları”. Birgə fəaliyyət göstərdiyi şirkətlər: “PAŞA İnşaat” MMC, “Azərbaycan Supermarket” MMC, “Aqro Dairy” MMC, “Azərsu” ASC və “R-Pharm” MMC. Cəmiyyətin yaradılmasının və fəaliyyətinin əsas məqsədi müxtəlif növ xidmətlərin göstərilməsi, işlərin görülməsi, xarici və yerli fiziki və hüquqi şəxslərin tələbatlarının təmin edilməsidir. Cəmiyyətin əsas fəaliyyət növləri: Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu, təmir – tikinti işlərinin həyata keçirilməsi. Şirkətin uğurla fəaliyyət göstərməsinin əsas səbəbləri, şirkətin rəhbərliyinin kadr siyasətini düzgün aparmasının, işçinin əmək fəaliyyətini lazımınca qiymətləndirməsinin, eləcə də beynəlxalq təcrübəyə müraciət edilməsinin nəticəsidir. Şirkətə işçi götürüldüyü zaman onun yüksək peşəkarlığına və insani dəyərlərinə həmişə önəm verilir.
Əlaqə vasitələri:
Mexanik işləri üzrə mühəndis (Qarabağ)
Vəzifə Öhdəlikləri
- Mexaniki sistem çertyojlarını oxumaq və tətbiq etmək
- İşlərin planlaşdırılması və icra planının hazırlanması
- Mexaniki sistemlərin (HVAC, santexnika, yanğından mühafizə və s.) qanunvericilik və beynəlxalq standartlara uyğunluğunu təmin etmək
- Sahədə mexaniki quraşdırma işlərinə nəzarət və keyfiyyətə nəzarətin həyata keçirilməsi
- Mexaniki işlərin təhlükəsizlik tələblərinə və normativ sənədlərə uyğun icrasını təmin etmək
- Müntəzəm sahə yoxlamaları və sınaqların (təzyiq testi və s.) aparılması
- Subpodratçılarla koordinasiya və işlərin istiqamətləndirilməsi
- Mexaniki sahə üzrə smeta məlumatlarının və layihə sənədlərinin hazırlanması
- Texniki sənədlərin hazırlanması, idarə edilməsi və arxivləşdirilməsi
- Yaranan texniki problemlərin həlli ilə bağlı təkliflərin verilməsi
- Rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi və tapşırıqların icrası
- Komanda və digər layihə iştirakçıları ilə sıx əməkdaşlıq etmək
Tələblər
- Təhsil: Ali təhsil (Mexanika mühəndisliyi üzrə)
- İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
- Dil bilikləri: Azərbaycan dili mükəmməl, ingilis dili biliyi üstünlükdür
- Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı (ingilis dili əlavə üstünlükdür)
- Kompüter bilikləri: AutoCAD, Revit, MS Office proqramları (Word, Excel və s.)
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV formalarını [email protected] və ya [email protected] elektron ünvanına göndərməkləri xahiş olunur.

