Şahnar

Şirkət haqqında:
Şahnar MMC şirkəti 2003 cü ildən fəaliyyət göstərir, Azərbaycanda dünyaca məşhur qaynaq brendleri olan Askaynak, Lincoln Electricin rəsmi distrubutorlarıdır və əlavə olaraqda 3dənə satış nöqtəsindən tikinti materiallarının satışı ilə fəaliyyət göstərir.
Əlaqə vasitələri:
Satış Təmsilçisi
Əsas Vəzifələr:
- B2B müştəri portfelinin yaradılması və genişləndirilməsi
- Müştərilərlə davamlı əlaqələrin qurulması və idarə olunması
- Korporativ təkliflərin hazırlanması və təqdim edilməsi
- Satış hədəflərinin yerinə yetirilməsi və aylıq hesabatların verilməsi
- Rəqəmsal satış və CRM alətləri ilə işləmək (əgər istifadə olunursaMəhsul və xidmətləri müştərilərə tanıtmaq;
- Müştəri məmnuniyyətini dəyərləndirmək
- Şirkətin satış həcminin artırılmasına dəstək
- Müştəri tərəfindən ödənişlərin həyata keçirilməsinə nəzarət etmək və satış rəhbərini məlumatlandırmaq
- İş saatı: 8.00-dan 17.00-dək
- İstirahət günü: bazar günü
Tələblər:
- Satış və ya əlaqəli sahədə minimum 1-2 il iş təcrübəsi (korporativ satış təcrübəsi üstünlükdür)
- Effektiv ünsiyyət və təqdimat bacarıqları
- Analitik düşüncə və nəticə yönümlü yanaşma
- Azərbaycan dilində səlis danışıq, rus dili bilikləri arzuolunandır
- MS Office proqramları ilə işləmə bacarığı
- Yalnız Bəy namizədlər
- Təhsil: Ali təhsilli
- Yaş həddi: 25-45;
Şəxsi keyfiyyətləri:
- Satış bacarığı;
- Müştərini qazanmaq qabiliyyəti;
- Ünsiyyətcillik;
- Dəqiqlik və məsuliyyət;
- Problemləri həll etmə bacarığı;
- Stresə davamlılıq.
Təklif Edirik:
- Sabit əmək haqqı + satış bonusları
- Əlavə motivasiyaedici sistemlər və karyera inkişafı
- Peşəkar komanda və dəstək
- Korporativ nömrə və lazım gələrsə nəqliyyat dəstəyi
Qeyd: Bu sahələr üçün anket formasını doldurub Müraciət et butonunda qeyd olunan elektron poçt ünvanına göndərin (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).