Baku Holiday Travel

Şirkət haqqında:
Baku Holiday Travel - aviabiletlər, daxili və xarici səyahət paketləri, biznes səfərləri, bal ayları, müalicə paketləri, viza dəstəyi, transfer kimi xidmətləri göstərən və 2013-cü ildən fəaliyyət göstərən ən tanınmış turizm şirkətlərdən biridir.
Əlaqə vasitələri:
Kiçik Mühasib
İş şəraiti
- İş yeri: Bakı, Azərbaycan
- Şirkət: Baku Holiday Travel – 10 ildən artıq fəaliyyət göstərən aparıcı turizm şirkəti
- İş qrafiki: Tam ştat (Bazar ertəsi – Cümə, 09:00–18:00)
- Vəzifə səviyyəsi: Təcrübəli Junior / Orta səviyyəli Mühasib
Vəzifə Öhdəlikləri:
- Satış və alış əməliyyatlarının uçotu və nəzarəti
- Müştərilər və partnyorlarla qarşılıqlı hesablaşmaların aparılması
- Bank çıxarışlarının 1C proqramında işlənməsi və gündəlik yoxlanması
- Debitor və kreditor balanslarının uzlaşdırılması və analiz edilməsi
- Qaimə-fakturaların, müqavilələrin, aktların hazırlanması və sistemə daxil edilməsi
- Kassa əməliyyatlarının və nəğd vəsait hərəkətlərinin uçotu
- Vergi portallarında e-qaimələrin hazırlanması və bəyannamələrin dəstəklənməsi
- Ezamiyyə və əmək haqqı sənədlərinin işlənməsi və uçotu üçün ilkin hazırlıq
- Baş mühasibə hesabatların hazırlanmasında yardım
- Ay və il sonu bağlanış prosedurlarında iştirak
Namizədə Tələblər:
- Mühasibatlıq sahəsində minimum 1 il iş təcrübəsi
- 1C 8.3 proqramı ilə sərbəst işləmə bacarığı (ERP təcrübəsi üstünlükdür)
- MS Excel üzrə yaxşı səviyyədə biliklər (formullar, pivot table, VLOOKUP və s.)
- Vergi qanunvericiliyi və rəsmi hesabat tələbləri üzrə minimum biliklər
- Diqqətli, məsuliyyətli, komanda ilə işləməyə açıq və təşəbbüskar yanaşma
- Mühasibat uçotunun detalları ilə sistemli işləmə bacarığı
Biz Sizə Təklif Edirik:
- Rəqabətli əmək haqqı + motivasiyaedici bonus sistemi
- Rəsmi əmək müqaviləsi və tam sosial təminat
- Peşəkar və öyrədici iş mühiti
- Şirkət daxilində karyera inkişafı və təlim imkanları
- Gözəl ofis mühiti və müasir texniki avadanlıq
- Müxtəlif beynəlxalq layihələrdə iştirak imkanı
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.