Baku Holiday Travel

Şirkət haqqında:
Baku Holiday Travel - aviabiletlər, daxili və xarici səyahət paketləri, biznes səfərləri, bal ayları, müalicə paketləri, viza dəstəyi, transfer kimi xidmətləri göstərən və 2013-cü ildən fəaliyyət göstərən ən tanınmış turizm şirkətlərdən biridir.
Əlaqə vasitələri:
Təcrübəçi
Əziz gənclər,
Şəxsi bacarıqlarını inkişaf etdirmək istəyən və bu istiqamətdə peşəkar olub öz kariyerasını turizm sahəsində qurmağı hədəfləyən məqsədyönlü namizəd axtarırıq.
Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar :
- Sahə üzrə ali təhsil (turizm, beynəlxalq əlaqələr)
- Əla səviyyədə Azərbaycan dili, İngilis dili biliyi yüksək, Rus dili üstünlükdür
- Microsoft Office proqramları və təqdimat bacarıqları
- Ünsiyyət qurmaq və komandada işləmək bacarığı
- Daima öz üzərində işləmə, araşdırma və analitik düşünmə bacarığı
- Yaş həddi 18-25
Proqram sizə nələr qazandıracaq :
- Turizmin əsasları, viza, qlobal rezarvasiya sistemləri, satış metodikaları,beynəlxalq aviabilet yazma sistemləri və s. mövzularda nəzəri və praktiki biliklərə yiyələnmək;
- Təcrübədən sonra Baku Holiday Travel-də karyera qurmaq şansı əldə etmək;
- Güclü və peşəkar komandanın bir hissəsi olaraq yeniliklərə imza atmaq;
- Komanda üzvü kimi,həmçinin müstəqil işləmək imkanı.
Müraciət etmə qaydası:
- CV-lərinizi vəzifənin adını “Təcrübəçi” qeyd etməklə Müraciət et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.