AZINTELECOM

Şirkət haqqında:
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin 3 əsas xidmət istiqaməti var. Rəqəmsal dünyada keyfiyyətə üstünlük verənlərə təhlükəsiz, etibarlı və uyğunlaşa bilən data xidmətləri təqdim etməyi özünə hədəf seçən “AzInTelecom” MMC şirkət strategiyasını insana dəyər, etibarlılıq, innovativlik, çeviklik, şəffaflıq və məxfiliyin qorunması kimi fundamental dəyərlər ətrafında formalaşdırıb. Şirkətin loqotipi və korporativ rənglərinin yaradılması prosesində adları çəkilən prinsiplər əsas meyarlar kimi seçilərək şirkətin missiyası və gələcəkyönümlü planlarına uyğunlaşdırılıb. “AzInTelecom” MMC-nin fəaliyyət istiqamətləri Azərbaycan və xarici ölkələr arasında mübadilə olunan beynəlxalq səs trafiki, Azərbaycana idxal olunan telekommunikasiya vasitələrinin sertifikatlaşdırılması və "AZCLOUD" bulud xidmətlərindən ibarətdir.
Əlaqə vasitələri:
Scrum Master
Vəzifə öhdəlikləri:
- Komanda tərəfindən Agile, Scrum, Kanban dəyərlərinin, təcrübələrinin və qaydalarının qəbul edilməsini və onlara əməl olunmasını təmin etmək;
- Komanda formalaşdırmaq, komandanın effektivliyini təmin etmək, motivasiya etmək və inkişaf etdirmək bacarığı;
- Scrum görüşlərinin (Daily Scrum, Sprint Planning, Sprint Review, Retrospective) müsbət, məhsuldar və vaxt məhdudiyyətləri daxilində olmasını təmin etmək;
- Sprint hədəfinin formalaşmasına və scrum komandanı sprintin hədəfinə fokuslanmağa yönəltmək;
- Komandaya daxil olan tapşırıqların qiymətləndirilməsini təmin etmək;
- Komandaya mane olan maneələrin aradan qaldırılmasını təmin etmək;
- Hesabatların hazırlanması və analizi.
Tələb olunan bilik və bacarıqlar:
- Kompüter elmləri, informasiya texnologiyaları, biznesin idarə edilməsi və ya müvafiq sahədə bakalavr dərəcəsi;
- Agile idarəetmə, agile inkişaf, Scrum master və buna uyğun sahədə minimum 1 il iş təcrübəsi;
- IT sahəsində iş təcrübəsi;
- Layihələrin idarə olunması sahəsində iş təcrübəsi;
- Agile, Scrum və Layihə idarəçiliyi üzrə müvafiq sertifikatlar (PSM, CSM, PMP, PSPO) (üstünlükdür);
- Agile, Scrum, Kanban baza biliklərin olması;
- MS Office proqramları və JİRA ilə sərbəst işləmək bacarığı;
- Azərbaycan dili və ingilis dili bilikləri (rus dili arzuolunandır);
- Peşəkar bilik və bacarıqlarını artırmağa daimi hazır olmaq;
- Verilmiş materiallardan istifadə edərək təhlil etmək və işi yerinə yetirmək bacarığı;
- Güclü problem həll etmə bacarığı və tənqidi və strateji düşünmək bacarığı;
- Ünsiyyətcil, təşəbbüskar, aktiv, komandada işləmək bacarığı;
- Komandada stressli və konfliktli situasiyaların öncədən təxmin edilməsi və idarəedilməsi;
Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək, Müraciət et butonunda qeyd olunan email ünvanına göndərə bilərlər.