Problemli kreditlərlə iş şöbəsinin kiçik mütəxəssisi
Vəzifə öhdəlikləri:
- Müştərilərin kredit ödənişlərinin gecikmələrinin təhlili və izlənilməsi;
- Problemli kreditlərin geri qaytarılması üçün müştərilərlə əlaqə saxlanılması;
- Müştərilərlə danışıqlar aparmaq, borcun restrukturizasiyası və ödəmə şərtlərinin dəyişdirilməsi imkanlarının təklif edilməsi;
- Təyin olunmuş portfelin idarə olunması;
- Fəaliyyəti ilə bağlı müxtəlif hesabatların hazırlanması.
Tələblər:
- Struktur bölmənin fəaliyyətinin yönümü üzrə ali təhsil (İqtisadiyyat, Maliyyə, Hüquq);
- Müvafiq sahə üzrə 1 ilə yaxın təcrübə;
- 1C/8.3 proqramında işləmək bacarığı üstünlükdür;
- Effektiv ünsiyyət bacarığı və komanda daxilində işləmək bacarığı;
- Dəqiqlik, detallara fikir vermək qabiliyyəti.
- Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, rus dili biliyi üstünlükdür
- İş şəraitinin şərtlərini nəzərə alaraq yalnız bəy namizədlərə üstünlük verilir.
İş barədə məlumat:
- Əmək haqqı: 500-800 AZN
- İş yeri : Bakı şəh, Nərimanov rayonu
- Komfortlu ofis şəraiti, müasir tələblərə uyğun idarəetmə sistemi, mehriban komanda
- 6 günlük iş qrafiki: I-V-ci günlər 10:00-18:00, VI-cı günlər 10:00-14:00
CV-lərinizi “Problemli kreditlərlə iş şöbəsinin kiçik mütəxəssisi” başlığı altında hr@kollekta.az ünvanına göndərməyiniz xahiş olunur.
Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılır