VMF

Şirkət haqqında:
VMF Şirkəti 1997-ci ildən Azərbaycan saat bazarının pioneri olaraq, dünya şöhrətli İsveçrə, Yaponiya saat markalarının ölkəmizdə tanınması və sevilməsində, keyfiyyətli və brend saat mədəniyyətinin yaradılmasının təməlində durur.
Artıq 22 ildən çoxdur ki, VMF ən son dəb, texnoloji yeniliklərlə zənginləşdirilən brend saatlarını dünya bazarı ilə eyni anda öz alıcılarına təqdim edir.
VMF Şirkətinin yaradılması ANS Şirkətlər Qrupunun Qurucusu Vahid Mustafayevin uzaqgörənliyi ilə bağlıdır. Daim inovasiya və yeniliklərin axtarışında olan Vahid Mustafayev bu dəfə saat mədəniyyətinin təməlini qoyaraq, dünya şöhrətli saat markalarını bir arada toplamaq qərarına gəlir. Uzun illər qiymətçə ucuz olan və yalnız Sovetlər Birliyi tərkibindəki ölkələrdə satılan bir neçə saat markasından, daha bahalı və hələ Azərbaycan üçün tanınmayan saatlara keçmək kimi çətinliklərlə üzləşəcəyinə baxmayaraq o, 1997-ci ildə VMF adlı Şirkətini yaradır və özü onun idarəçiliyinin başına keçərək ideyalarını həyata keçirtməyə başlayır.
VMF yalnız saat markalarının təmsilçisi deyil. İsveçrənin məhşur Carand’Ache qələmləri, Wenger və Viktorinox bıçaqları, Amerikanın Zippo alışqanları ilə öz biznesini daha da genişləndirdi.
Əlaqə vasitələri:
Online satış operatoru
Tələblər
- Yaş: 20-45
- Təhsil: ali (arzuolunandır)
- İş təcrübəsi: Vacib deyil
- Dil biliyi: Azərbaycan dili, rus dili (mütləqdir)
- Sürücülük Vəsiqəsi: -
- Ofis proqramları: Microsoft Office
- Müvafiq vəzifə üzrə təcrübə: Vacib deyil
İş şəraiti
- İş yeri: Qobu qəs., VMF
- İş qrafiki: 09.00-18.00
Vəzifə öhdəlikləri
- Online platformalardan daxil olan sifarişləri qeydə almaq;
- Satışla əlaqəli şirkətin qayda və prosedurlarını müvafiq olaraq tətbiq etmək;
- Müştəriləri gülərüzlə salamlamaq, hər bir müştəriyə məhsul təhvili proseduruna uyğun xidmət göstərmək və müştəri məmnuniyyətini yüksək səviyyədə qorumaq;
- Müştərilərə zəng vasitəsi ilə texniki dəstəyin göstərilməsi.
- Müştərilərin tələb və ehtiyaclarını müəyyən etmək
- Məhsullar barədə müştəriyə məlumat vermək
- Sifarişlərin vaxtında, təhlükəsiz və səliqəli şəkildə müştərilərə çatdırılmasını təmin etmək;
- Çatdırılma zamanı müştərilərin suallarını və rəylərini cavablamaq;
- Sifarişləri qeydiyyata almaq
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-lərinizi Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına və məktubun mövzusunu qeyd etməklə göndərə bilərsiniz .