Ferrum Capital

Şirkət haqqında:
Ferrum Capital 2017-ci ildə yerli və xarici şirkətlərə maliyyə dəstəyi göstərmək məqsədiylə yaradılmışdır. Şirkətimizin əsas missiyası Azərbaycanın ilk müstəqil faktorinq şirkəti olaraq kiçik və orta sahibkarların maliyyə problemlərini həll etməkdir. Faktorinq xidməti vasitəsilə sahibkarlar nisyə satışlarını artıraraq maliyyə riskini 0%-ə endirib müştəri məmnuniyyətini qoruyurlar. Nəticədə, müxtəlif xidmət və istehsalat sahələrindəki təcrübəmiz sayəsində partnyorlarımıza innovativ həll yolları təklif edirik.
Əlaqə vasitələri:
Çayçı
Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC İnzibati idarəetmə bölməsində çayçı vakansiyasını elan edir. Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.
Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.
Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.
Hansı özəlliklərə malik olmalıdır?
- 24-40 yaş aralığı
- Təmizkar və səliqəli olmalı
- İntizamlı və məsuliyyətli olmalı
Çayçı nə iş görür?
- Rəhbərlərə, şirkət qonaqlarına və müştərilərinə çay, kofe verilməsi
- Mətbəxin və istifadə edilən əşyaların təmiz saxlanılmasına nəzarət edilməsi
- Mətbəxlə bağlı aylıq ehtiyacların vaxtında müvafiq şöbəyə bildirilməsi
Əlavə məlumat
- 5 günlük iş qrafiki – 9:00 – 18:00
Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Çayçı” qeyd etməklə Müraciət et butonunda qeyd olunan email ünvanına göndərəsiniz. Növbəti mərhələ üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.