Tam Store

Şirkət haqqında:
“Tam Store” MMC ölkəmizin pərakəndə satış sektorunda öz xüsusi payı olan və daim bu sahədə yüksəlməyi hədəfləyən marketlər şəbəkəsidir. “Tam Store” öz gənc və peşəkar komandası ilə ölkədə pərakəndə satış sektorunun inkişafına töhvə verəcək, hədəflərini yüksək tutan və bu yolda inamla irəliləyən missiyası vardır. Müəssisəmiz ölkə iqtisadiyyatının inkişafında xüsusi yeri olan “Avrora” MMC-nin 2023-cü il üçün başlatdığı ən böyük layihələrdən biridir. “Avrora” MMC respublikamızda qeyri-neft sektorunun inkişaf etdirilməsi yönündə pərakəndə satış sektoruna innovativ, peşəkar və rəqabətədavamlı hədəflərilə yeni nəfəs verəcək “Tam Store” Marketlər şəbəkəsinin əsasını qoymuşdur.
Əlaqə vasitələri:
Kiçik hüquqşunas/hüquqşunas
Əsas vəzifə öhdəlikləri:
- Hüquqi sənədlərin (ərizə, məktub, sorğu, əmr, protokol və s.) ilkin tərtibatını və rəsmiləşdirilməsini həyata keçirmək;
- İnzibati orqanlardan daxil olan sorğuların hüquqi əsaslandırılması, cavabların hazırlanması, təmsilçilik funksiyasını icra etmək və s.;
- Müəssisənin fəaliyyətilə bağlı, icarə, alqı-satqı, xidmət və digər müqavilələrin hazırlanması;
Tələb olunan bilik və bacarıqlar:
- Microsoft Office proqramlarında işləmək bacarığı
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Hüquqşünaslıq ixtisası üzrə ali hüquq təhsili;
- Korporativ hüquq sahəsində minimum 1 (bir) il hüquq təcrübəsi (Müqavilələrlə işləyənlərə üstünlük veriləcək);
- Pərakəndə satış sektorunda təcrübə arzuolunandır;
- İngilis və rus dili bilikləri üstünlükdür;
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46 D
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Şirkət hesabına nahar;
- Şirkət hesabına korporativ nömrə;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Kiçik hüquqşünas/Hüquqşünas” yazaraq Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.