Flazer

Şirkət haqqında:
Şirkətin əsası 2018-ci ildə qoyulmuşdur. İstehsal sahəmiz üç qatlı, beş qatlı və mikro büzməli karton, həmçinin geniş çeşidli qablaşdırma məhsulların istehsalı üçün lazım olan müasir avadınlıqlarla təhciz edilmişdir.
FLAZER şirkəti müxtəlif məhsullar üzrə büzməli karton qablaşdırmanın istehsalı və satışını həyata keçirir. Müasir istehsalat müəssisəsi olan və istənilən mürəkkəblikdə büzməli karton qablaşdırma məhsulları istehsal edən fabrik Bakı şəhərində yerləşir.
"FLAZER" Məhdud Məsuliyyətli Cəmiyyəti – büzməli karton və aidiyyatı qablaşdırma məhsulları istehsalı üzrə Azərbaycanda böyük şirkətlərdən biridir. Şirkətimiz İSO 9001 Keyfiyyət İdarəetmə sistemi sertifikatı əsasında fəaliyyət göstərir. Bu sertifikatla bir təşkilat, istehsal etdiyi və müştərilərinə təqdim etdiyi mal və xidmətlərin beynəlxalq səviyyədə qəbul edilmiş bir standarta uyğun istehsal edildiyini göstərir. Fəaliyyətimiz hər bir müştəriyə fərdi yanaşma və göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi prinsiplərinə əsaslanır. Çünki hər bir müştəri bizim üçün - uğur tariximizin yeni səhifəsidir.
Yerindən asılı olmayaraq, istər ofis olsun, istərsə də istehsalat ərazisi, BİR KOMANDA olaraq çalışmağa çalışırıq.
Əlaqə vasitələri:
Operator Köməkçisi
Sektor: Karton istehsalı
İş şəraiti:
- İş yeri: Bakı şəhəri, Sabunçu rayonu, Bəşir Bünyadov 12M
- Əmək haqqı: 700 AZN
- İş qrafiki: 6 günlük, 08:00 - 17:00
İşin Təsviri:
- Flazer MMC karton istehsalı zavodunda Operator köməkçisi vakansiyası elan edir. Namizəd istehsalat proseslərində operatora dəstək göstərməli və texniki əməliyyatların dəqiq icrasını təmin etməlidir.
Vəzifə Öhdəlikləri:
- Avadanlıqların və texnoloji xətlərin düzgün işləməsinə nəzarətdə operatora kömək etmək;
- Texnoloji problemləri analiz etmək və onların həllində iştirak etmək;
- Məhsulların keyfiyyət standartlarına uyğun istehsalını təmin etmək;
- Materialların emalı və paketlənməsi proseslərində iştirak etmək.
Namizədə Tələblər:
- Təhsil: Ali təhsil; (Texnik sahə üzrə ali təhsil üstünlükdür)
- İş təcrübəsi: Tələb olunmur;
- Yaş: 25-40 yaş arası;
- Dil bilgisi – Rus dili biliyi arzu olunandır
- Texniki biliklərə malik olmaq;
- Məsuliyyətli, diqqətli, işə planlı yanaşması və komanda ilə işləmə bacarığı.
Şirkət Təklif Edir:
- Sabit əmək haqqı və rahat iş mühiti;
- Nahar şirkət tərəfindən təmin olunur;
- Təcrübə və peşəkar inkişaf imkanları;
- Əmək qanunvericiliyinə uyğun iş şəraiti.
Əlaqə:
Vakansiyaya yalnız Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına CV göndərməklə müraciət edə bilərsiniz. Mövzu hissəsində "Operator Köməkçisi" qeyd etməyiniz xahiş olunur.