AzerFloat

Şirkət haqqında:
AzerFloat” Qapalı Səhmdar Cəmiyyəti Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.
Müəssidə Almaniya (HORN Glass İndustries) şirkətinin texnologiyası əsasında müxtəlif çeşiddə şüşə lövhələr istehsal edilir.
Əlaqə vasitələri:
Sistem administratoru
Azerfloat komandası olaraq biz sizə vəd edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
- Müvəffəqiyyətli karyera üçün sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
- Daim araşdırmaq, yeniliyə və təşşəbüskarlığa önəm verən xarici və yerli peşəkarlarla təcrübə mübadiləsi imkanı;
- Davamlı inkişafda olan peşəkar komandanın üzvü olmaq imkanı;
İş yeri: Azerfloat QSC/ Kimya Sənaye Parkı
Vəzifə və Öhdəlikləri:
İT İnfrastrukturunun İdarə Edilməsi:
- Serverlərin və ümumi İT infrastrukturunun idarə olunması, monitorinqi və optimallaşdırılması;
- Virtualizasiya platformalarının (VMware, Hyper-V, Proxmox) qurulması və idarə edilməsi;
- Sistemlərin fasiləsiz işləməsi üçün texniki tədbirlərin görülməsi
Linux Server Administrasiyası:
- Linux sistemlərinin (Ubuntu, CentOS, Debian) sazlanması və idarəsi;
- Apache, Nginx, MySQL, PostgreSQL, Docker kimi xidmətlərin idarə edilməsi;
- Log analizləri və nasazlıqların həlli
Exchange və E-poçt Sistemləri:
- Microsoft Exchange serverin qurulması və idarəsi;
- E-poçt təhlükəsizliyi və istifadəçi hesablarının idarə olunması
Monitorinq və Performans:
- Zabbix, PRTG və s. vasitəsilə sistem və şəbəkə monitorinqi;
- Problemlərin erkən aşkarlanması üçün siqnalların konfiqurasiyası
Təhlükəsizlik və Kibertəhlükəsizlik:
- Sistem təhlükəsizliyi siyasətlərinin tətbiqi;
- İstifadəçi girişlərinin nəzarəti və auditlərin aparılması
Yedəkləmə və Bərpa:
- Məlumatların mütəmadi yedəklənməsi və nasazlıq zamanı bərpa proseslərinin təşkili;
İstifadəçi Dəstəyi:
- İstifadəçilərə texniki dəstək və proqram təminatı problemlərinin həlli;
Yeniləmə və Modernizasiya:
- Server və şəbəkə avadanlıqlarının yenilənməsi;
- Yeni texnologiyaların tətbiqi və sənədləşmənin aparılması
Tələblər:
- Ali texniki təhsil (İnformasiya Texnologiyaları, Kompüter Elmləri və ya əlaqəli sahə üzrə);
- Minimum 3 il sistem administratoru və ya bənzər sahədə iş təcrübəsi;
- Linux və Windows server əməliyyat sistemləri üzrə dərin biliklər;
- Virtualizasiya və konteyner texnologiyaları üzrə (VMware, Hyper-V, Docker) təcrübə;
- Microsoft Exchange və Active Directory sistemləri ilə iş bacarığı;
- Şəbəkə protokolları və təhlükəsizlik prinsipləri üzrə biliklər;
- Problemlərin təhlili və həlli bacarığı, sənədləşdirmə qabiliyyəti;
- Güclü analitik düşüncə və komanda ilə işləmə bacarığı
İş şəraiti:
- İş qrafiki: 5/7; 08:00-17:00;
- Nahar ilə təmin olunur;
- Servis;
- Könüllü tibbi sığorta;
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır
Mövzü yerinə “Sistem administratoru” yazıb Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.