Fostanpak MMC

Şirkət haqqında:
Şirkətimiz 1998-ci ildə təsis edilmişdir. Fəaliyyətimiz "MONOPAK" brendi altında plastik və alüminium qabların, kağız və plastik stəkanların , fast food, tibbi və təmizlik məhsullarının , streç və folqaların və digər birdəfəlik məhsulların istehsalı və satışını əhatə edir.Həmçinin bu sahədə bir çox xarici şirkətlərin , Almaniya, Türkiyə, Danimarka, Polşa , Ukrayna, Rusiya, Malayzia , Çin və digər ölkələrin istehsalçılarının Azərbaycanda distribyutorluğunu həyata keçirir.
Əlaqə vasitələri:
Xarici satınalma üzrə mütəxəssis
Vəzifə öhdəlikləri:
- Satınalma strategiyalarının hazırlanması və həyata keçirilməsi;
- Xarici bazar araşdırılması;
- Təchizatçılarla (xarici) müqavilələrin bağlanması;
- Satınalma sifarişlərinin izlənməsi, nəzarəti və icrası;
- Xarici Satınalmalar üzrə sənədləşdirmə işlərinin aparılması;
- Satınalma şərtləri və müqavilə öhdəlikləri üzrə danışıqların aparılması;
- Etibarlı satıcı və təchizatçılar bazasının hazırlanıb, inkişaf etdirilməsi;
- Bazar tendensiyalarının, rəqib strategiyalarının və bazar tədarükçülərinin izlənilməsi;
- Satınalma prosesinin vaxtında, şirkətin daxili prosedurlarınaa uyğun icra edilməsi;
Namizədə tələblər:
- İş təcrübəsi: Müvafiq sahədə minimum 2 il ;
- Təhsil: Ali ;
- Bacarıqlar: MS office proqramları;
- Dil bilikləri: Əla səviyyədə Rus dili və ya İngilis dili
- Fərdi keyfiyyətlər: Yüksək ünsiyyət qabiliyyəti; Məsuliyyətlilik; Vaxtın idarə olunması; Stresə davamlılıq; Problem həll etmə bacarığı; Dəqiqlik, və s.
İş yeri: Bakı şəhəri; Binəqədi rayonu,10 may küçəsi 395
Əmək haqqı: Namizədin bilik və təcrübəsindən asılı olaraq müsahibə əsasında müəyyən olunacaq.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.