AYZ GROUP MMC
Şirkət haqqında:
Ayz Group, tikinti sahəsində peşəkarlığı, innovasiyaları və keyfiyyəti ilə seçilən bir şirkətdir.Müxtəlif sahələrdə ixtisaslaşmış komandamızla müştərilərimizin tələblərini dərindən anlayır və onların gözləntilərini aşmaq üçün daim çalışırıq. Biz, fəaliyyət göstərdiyimiz hər bir sahədə ən müasir texnologiya və metodlardan istifadə etməklə, hər layihəyə fərdi yanaşırıq. Hədəfimiz təkcə xidmət göstərmək deyil, eyni zamanda müştərilərimizə dayanıqlı, uzunmüddətli həllər təqdim edərək güvənlərini qazanmaqdır.
Əlaqə vasitələri:
Katibə (ofis menecer)
- Rəhbərliyin iş qrafikinin təşkili: görüşlərin planlaşdırılması, təqvimin idarə olunması, tapşırıqların icrasına nəzarət.
- Görüşlərdə iştirak etmək, qeydlər aparmaq, protokollar hazırlamaq və tapşırıqların icrasına nəzarət etmək.
- Rəhbərliyin işgüzar və şəxsi səfərlərin təşkili, o cümlədən biletlərin, otellərin bronlaşdırılması, viza sənədlərinin hazırlanması.
- İşgüzar və şəxsi işlərin təşkili: tədbirlərin, restoranların, biletlərin və rezervasiyaların sifariş edilməsi.
Tələblər:
- Katibə, ofis-menecer və ya administrator kimi minimum 1 il iş təcrübəsi.
- Google alətləri (Docs, Sheets, Slides, Calendar) biliklər arzuolunandır.
- Ofis texnikasıynan işləmə bacarığı.
- Yüksək təşkilatçılıq qabiliyyəti, məsuliyyət və stresə davamlılıq.
- İş saatlarından kənar vaxtlarda ehtiyac yarandıqda onlayn mövcud olmaq.
- Məxfi məlumatlarla işləmək bacarığı və yüksək səviyyədə etibarlılıq.
İş şərtləri:
- İş qrafiki: 5 gün, saat 09:30-18:00
- Əmək qanunvericiliyinə uyğun rəsmi işə qəbul.
- Əmək haqqı 550 AZN-600 AZN aralığı (müsahibə əsasında müəyyən edilir).
- Peşəkar inkişaf və yüksəliş imkanı.
- Fəaliyyət sahəsi- Tikinti sahəsi
- İş şəraiti - ofis
- Ünvan: Xətai r-nu, Sənan Kərimov 3 (xətai metrosu)
"Katibə (ofis menecer)" başlığı ilə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.