Sabah Investment Group

Müştəri Ödənişləri və Yığım üzrə Mütəxəssis
İş şəraiti:
- İş yeri: Bakı şəhəri
- Əmək haqqı: 1200–1500 AZN (net fix+bonus)
- təcrübədən asılı olaraq
- İş rejimi: 5 günlük iş həftəsi, tam ştat
Vəzifə öhdəlikləri:
- Mənzil satışları üzrə müştəri ödəniş qrafiklərini izləmək və nəzarətdə saxlamaq
- Gözlənilən və ya gecikmiş ödənişlərlə bağlı müştərilərlə telefon və e-mail vasitəsilə əlaqə saxlamaq
- Banklarla koordinasiyalı işləyərək ödənişlərin düzgünlüyünü və sənədləşməsini yoxlamaq
- Nəğd ödənişləri və daxili kanallardan gələn vəsaitləri izləmək, uyğun şəkildə sistemə daxil etmək
- Müştəri fayllarında maliyyə qeydlərini vaxtında və düzgün şəkildə aparmaq
- Bank çıxarışlarını və qəbzləri daxili satış və müqavilə məlumatları ilə tutuşdurmaq
- Satış və müqavilə komandası ilə maliyyə şərtləri üzrə əməkdaşlıq etmək
- Yığım, qalıq borclar və ödəniş statusları üzrə dövri hesabatlar hazırlamaq
- Gecikən və ya uyğunsuz ödənişlərlə bağlı halları rəhbərliyə eskalasiya etmək
Namizədə tələblər:
- Maliyyə, yığım və ya daşınmaz əmlak sahəsində təcrübə (üstünlükdür)
- Detallara diqqətli və məsuliyyətli olmaq
- Müştərilərlə ünsiyyət qurmaqda özünəinamlı olmaq
- Excel və/və ya CRM proqramlarında işləmək bacarığı
- Azərbaycan və rus dillərində sərbəst ünsiyyət bacarığı (ingilis dili üstünlükdür)
Təklif edirik:
- Real estate sahəsində stabil şirkətdə iş imkanı
- Motivasiyaedici əmək haqqı və inkişaf perspektivi
- Gənc və peşəkar komanda
- Rəsmi əmək müqaviləsi və tam şəffaf iş rejimi