Falcon X

Şirkət haqqında:
Falcon X Software şirkəti 2022-ci ilin may ayında Bakı/Azərbaycanda Falcon X MMC adı altında Türkiyə və Azərbaycan 'ın birgə layihəsi olaraq yaradılmışdır. Araşdırma və təkmilləşdirmə (R&D) üçün İstanbul komandası və Bakı komandası ortaq bilik və texnoloji metodlarla işləyir.
Falcon X MMC 2 nəfərlik idarəetmə komandası ilə fəaliyyətə başlamış və Türkiyədən sərmayə alaraq İstanbul/Türkiyədə ikinci ofisini qurmuş və 1 idarə heyəti, 4 peşəkar proqram təminatı mütəxəssisi, 1 peşəkar rəqəmsal marketinq meneceri, 1 peşəkar qrafik dizayneri əlavə etmişdir. Bakı/Azərbaycan.Digər tərəfdən 2 idarə heyəti, 1 peşəkar qrafik dizayner və 1 peşəkar sosial media meneceri ilə komandasını daha da genişləndirdi.
Falcon X MMC-də hansı xidmətlər göstərilir?
Biz e-ticarət proqramı, Rəqəmsal Marketinqin idarə edilməsi, SMM menecmenti, SEO məsləhət xidməti, Qrafik dizayn, Loqo dizaynı, E-poçt marketinq xidməti, Korporativ veb, Mobil proqram, şirkətə aid proqram təminatı kimi sektoral xidmətlər təqdim edirik. Biz bütün bu xidmətləri ən uyğun və keyfiyyətli iş anlayışı ilə paketlər şəklində təklif edirik.
Əlaqə vasitələri:
Copywriter
İşin təsviri:
- Şirkətin sosial media platformaları (Instagram, Meta, LinkedIn və s.) üçün yaradıcı və cəlbedici kontentlərin hazırlanması;
- Reklam mətnlərinin, sloqanların və digər marketinq materiallarının yazılması və redaktəsi;
- Tədris sahəsinə uyğun kontent strategiyasının hazırlanmasında iştirak;
- Brieflərə əsasən yazılı kontentlərin hazırlanması və təqdim olunması;
- Sayt üçün SEO dostu məqalələrin, blog yazılarının və digər mətnlərin hazırlanması;
- E-mail kampaniyaları üçün mətnlərin hazırlanması;
- Komanda ilə sıx əməkdaşlıq və layihələrin kontent hissəsinin icrasında iştirak;
- Kontentin effektivliyinin izlənməsi və inkişaf etdirilməsi üçün təkliflərin verilməsi.
Tələblər:
- Copywriter və ya əlaqəli sahədə minimum 1-2 il təcrübə
- Kreativ düşüncə tərzi və orijinal ideyalar yaratmaq bacarığı
- Reklam, sosial media, blog, e-mail və digər platformalar üçün cəlbedici və satış yönümlü mətnlər yazmaq təcrübəsi
- Dil qaydalarına yüksək səviyyədə yiyələnmə (Azərbaycan dili mükəmməl, İngilis dili üstünlükdür )
- Texnoloji mövzulara maraq və bu sahədə yazmaq bacarığı
- Komanda ruhu, komandada işləmək və deadline-lara riayət etmək bacarığ
- SEO prinsipləri haqqında əsas biliklər
- Texnologiya və innovasiya sahəsinə maraq
İş şəraiti:
- İş formatı: Əyani, full-time
- İş yeri: Xətai metrosu Azure Business center yaxınlığın
- İş günləri: iş saatı 09:00–18:00
Əməkhaqqı: 600-700 AZN