Avromed Company QSC

Şirkət haqqında:
Avromed Company QSC dünyanın aparıcı əczaçılıq istehsalçılarının Azərbaycanda ən böyük idxalçısıdır. Dünyanın 40-dan çox ölkəsində yerləşən 200-dən artıq əczaçılıq şirkətləri ilə əməkdaşlıq edərək Azərbaycan səhiyyə sisteminin müalicə və müayinə qurumlarını, özəl klinikaları və bütün vətəndaşları yüksək keyfiyyətli zəruri əczaçılıq məhsulları ilə təmin etməkdəyik. Ölkənin bütün ərazisində Avromed şirkətinin infrastrukturunda çalışan əməkdaşların sayı 1150 nəfərdən çoxdur. Bakıda yerləşən Avromed mərkəzi ofisi ilə yanaşı Gəncə, Sumqayıt, Mingəçevir, Şamaxı, Şirvan, Şəki, Lənkəran, Xaçmaz, Qazax və Bərdə şəhərlərində yerləşən 10 regional ofis, 8500 kv.m-lik anbar, həmçinin də 240-dan çox çatdırma və ağır yük avtomobillərindən ibarət avtoparkı ilə Azərbaycanın əczaçılıq sahəsində ən böyük logistik imkanlara sahib olan şirkətlərdən biridir.
Əlaqə vasitələri:
Texniki işçi
Ərazilər: Bakı (Binə anbarı)
İşin təsviri:
- Anbarın mühəndis sistemlərinin (işıqlandırma, isitmə, havalandırma, su təchizatı) profilaktik baxımını və təmirini həyata keçirmək.
- Anbar avadanlıqlarının (rəflər, qapılar, yükləyicilər) kiçik təmirini anbar direktorunun göstərişinə əsasən yerinə yetirmək.
- Mühəndis sistemlərinin və avadanlıqların vəziyyətini nəzarətdə saxlamaq, nasazlıqlar barədə məlumat vermək.
- Anbar sahələrinin və avadanlıqların planlı yoxlamalarında iştirak etmək.
- Əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və sanitar normalarına riayət etmək.
- Anbar direktorunun texniki nasazlıqların aradan qaldırılması ilə bağlı tapşırıqlarını yerinə yetirmək.
Tələblər:
- Texniki işçi kimi 3-5 il təcrübə (arzuolunandır).
- Elektrik işləri üçün sertifikat.
- Diqqətlilik, sürət, dəqiqlik.
- İntensiv iş tempinə hazır olmaq.
- Növbəli iş qrafikinə hazır olmaq.
Təklifimiz:
- Əla iş şərtləri: növbəli qrafik, sığorta, şirkət hesabına nahar, servis, karyera yüksəlişi;
- Müvafiq sahədə peşəkar inkişaf;
- Səmimi və peşəkar komandada çalışmaq, birlikdə yüksək nəticələr əldə etmək!
Maraqlananlar CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Elektron məktubun mövzu hissəsində (subject, тема) seçdiyiniz vakansiyanın adını yazmaq xahiş olunur.
Qeyd: yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.