Şam - Fi MMC

Şirkət haqqında:
“Şam-Fi” MMC 2004-cü ildə yaranmışdır. İlk zamanlar topdan satış mərkəzi kimi fəaliyyətə başlayan şirkətimiz qısa müddət ərzində inkişaf edərək yüksək səviyyəli xidməti ilə seçilən müasir ticarət şirkətinə çevrilmişdir.
Daha sonra istehlakçılara daha yüksək səviyyəli xidmət göstərmək və keyfiyyətli brendlərin Azərbaycan vətandaşlarının istifadəsinə təqdim edə bilmək məqsədilə şirkətimiz distribüter fəaliyyətinə qədəm qoyur. Başlanğıcda yalnız Türkiyə Respublikasından qıda məhsullarının idxalı ilə fəaliyyətə başlayan şirkətimiz, hazırda əməkdaşlıq etdiyi ölkələrin siyahısına Rusiya Ukrayna, Almaniya, Hollandiya, Fransa, İtaliya, Belçika, Misir və s. kimilərini əlavə etmişdir.
Əlaqə vasitələri:
Hüquqşünas köməkçisi
Vəzifə öhdəlikləri:
- Dövlət qurumlarından gələn hüquqi müraciətlərin cavablandırılması;
- İddia ərizələri və digər hüquqi sənədlərin hazırlanması;
- İşçi və işəgötürən arasında olan hüquqi görüşlərin təşkil edilməsi;
- Müqavilələrdə olan dəyişikliklərin icrasında dəstək olmaq ;
- Hüquqşünasın tapşırığına əsasən vəzifə ilə bağlı digər işlərin görülməsində dəstək olmaq.
Namizədə aid tələblər:
- Hüquq üzrə ali təhsil (magistr təhsili olanlara üstünlük veriləcək) ;
- Yaş həddi 21-25 ;
- Bəy namizəd;
- Əmək məcəlləsi, mülki məcəllə və cinayət məcəlləsi sahəsində başlanğıc biliklərə sahib olmalıdır ;
- Başlanğıc səviyyədə MS Excel və Outlook biliyi;
- Xarici dil biliyi arzu olunandır.
Vakansiya haqqında əlavə məlumat:
- İş qrafiki: Bazar ertəsi – Cümə (09:00 – 18:00);
- İş yeri: Bakı şəhəri, 8 Noyabr prospekti 15;
- Kariyerasını Hüquq sahəsi üzrə davam etdirməyi planlaşdıran şəxslərə peşəkar inkişaf imkanı verilir;
- Əmək haqqı müsahibə əsasında təyin edilir.
Uyğun namizədlərdən mövzu hissəsində “Hüquqşünas köməkçisi” qeyd edərək, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına müraciət etmələrini xahiş edirik.