AGRO - WEST DC LLC

Şirkət haqqında:
Dünyada insanların ildən ilə sağlam və ekoloji təmiz qidalara tələbinin artması ölkəmizdə də bu trendi aktual etmişdir.
2014-cı ildə əsası qoyulmuş «Aqrowest DC» MMC şirkəti öz fəaliyyətində keyfiyyətli qida təminatını ön plana qoyaraq dünyanın bir çox ölkəsindən qida və qeyri-qida məhsulları idxal etməkdədir. Şirkət insanların həyatında həm də ölkə iqtisadiyyatında rol almağın məsuliyyətini dərk edərək fəaliyyət göstərməkdədir.
Öz inkişaf potensialına görə ölkənin qabaqcıl distribyutorları ilə rəqabət aparan «Aqrowest DC» MMC artıq qida sektorunda özünü qəbul etdirə bilmişdir.
Əlaqə vasitələri:
Mühasib
Tələblər:
- Ali təhsil (Maliyyə, Mühasibat və İqtisadiyyat sahələri üzrə);
- Müvafiq sahə üzrə 2 il iş təcrübəsi;
- Kompüter bacarıqları: Microsoft Office (Excel, Word, Outlook)- Yaxşı;
- 1C 8.3 proqramında sərbəst işləyə bilmə bacarığı;
- Analitik düşünmə qabiliyyəti;
- İşi planlamaq bacarığı;
- Detallara diqqət göstərmə, davamlı öyrənmə və inkşafa meyillilik, hədəf və nəticə yönümlülük.
Vəzifə öhdəlikləri:
- Gündəlik mühasibat əməliyyatlarının icrası;
- Bank əməliyyatlarının aparılması;
- Elektron qaimə-fakturaların tərtib edilməsi və göndərilməsi
- YGB-nin arxivləşməsinə nəzarət etmək, invoys və müqavilələrin doğruluğunu yoxlamaq, ödəniş izləmə reyestrlərinə daxil etmək;
- Mədaxil və məxaric sənədlərinin hazırlanması və proqrama daxil edilməsi
- Vaxtı keçmiş kreditor borcları müəyyən edərək hesabatın hazırlanması və onların ödənilməsi üçün ödəniş planının hazırlanması;
- Konvertasiya əməliyyatlarını həyata keçirmək və mühasibat uçotunda əks etmək;
- Şirkətin etibarının qorunmasını, kommersiya sirrinin saxlanmasını təmin etmək.
- Rəhbərliyin tələbi digər hesabatların hazırlanması.
İş Şəraiti:
- İş qrafiki: 5 gün
- İş Saatı: 09:00-18:00
- Nahar və korporativ nömrə şirkət tərəfindən təmin olunur.
- Əmək Haqqı: 1500 AZN