Office Lines

Şirkət haqqında:
“Office Lines” şirkəti 2000-ci ildən Azərbaycanda dəftərxana və ofis ləvazimatlarının satışı üzrə lider mövqedədir. Şirkətimiz ofis üçün lazım olan bütün sinif malların satışını və pulsuz ünvanlara çatdırılmasını təmin edir.
- Dəftərxana və ofis ləvazimatlarının satışı
- Təsərrüfat mallarının satışı
- Quru qida məhsullarının satışı
- Kompüter və ofis texnikasının satışı
- Printer kartriclərinin satışı
- Ofis mebelinin satışı və quraşdırılması
- Poliqrafiya xidmətləri
Hazırda şirkət bir sıra dövlət və özəl müəssisələri, o cümlədən bank, tikinti, neft, sənaye, təhsil və səhiyyə sektorlarından 500-dən çox korporativ şirkət və təşkilatları dəftərxana və ofis malları ilə təchiz edir.
Əlaqə vasitələri:
Satışa dəstək üzrə operator
Vəzifə öhdəlikləri:
- Müştəri müqavilələrini hazırlamaq;
- Müştərilərdən gələn sifarişləri qəbul etmək və qeydiyyata almaq;
- Müştərilərdən gələn müxtərlif sorğulara, məhsullar və digər xidmətlərlə əlaqədar suallara cavab vermək;
- Yeni və mövcud müştərilər üçün satış təmsilçisi ilə razılaşdırılmış qiymət siyasəti əsasında kommersiya təkliflərini hazırlamaq;
- Müştərilərlə sıx əlaqədə olmaq, onların ehtiyac və tələblərini analiz etmək;
- Müştərilərə yeni məhsullar, yeni kampaniyalar haqqında məlumat vermək;
- Satışı prioritet olan məhsulların satışını təşviq etmək;
- Müştərilərlə qarşılıqlı razılaşdırma aktlarının və 1C proqram təminatı bazasında yaradılmış sistemdə hesab fakturaların hazırlanması;
- Daxil olan zəngləri qəbul etmək, cavablandırmaq və ehtiyac olduqda satış təmsilçisinə yönəltmək
- Birbaşa vəzifəsi ilə əlaqədar satış təmsilçisinin verdiyi digər tapşırıqları yerinə yetirmək
Tələblər:
- Təcrübə: Korporativ satış və müştəri xidməti sahəsində ən azı 1 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan, (Rus və İngilis dilləri arzuolunandır)
- Kompüter bacarıqları: Outlook, Ms Office tətbiqi proqramlarında işləmə bacarığı;
- 1C və Bitrix24 proqramlarında işləmə bacarığına üstünlük verilir;
- Məntiqi düşünmə bacarığı və situasiya əsasında qəliz məsələlərin operativ həll olunması bacarıqları ;
- Şifahi və yazılı ünsiyyət qurmaq, işgüzar danışıqların aparılması və təqdimat etmək bacarıqları;
- Komanda isə işləmək bacarığına sahib olmaq
İş şəraiti:
- Azərbaycan Respublikası əmək məcəlləsinə uyğun sənədləşmə
- İş yeri: Bakı şəhəri, Sabunçu rayonu, Bəşir Bünyadov 3T (Koroğlu metro stansiyasının yaxınlığında)
- İş qrafiki: 09:00-18:00
- Nahar və korporativ nömrə şirkət tərəfindən təmin olunur
- Əmək haqqı: 450 manat (NET) + BONUS (satışdan əladə olunan bonuslar)
Müraciət etmək üçün:
- Namizədlər CV-lərini “Satışa dəstək üzrə operator” başlığını qeyd etməklə, Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.