BERC Group

Şirkət haqqında:
“BERC Group" MMC biznes tədqiqatlarının aparılması, bizneslərin qurulması və idarə edilməsi, eləcə də bu sahələrdə məsləhət xidmətlərinin göstərilməsi, biznes mühitində tələb olunan praktik bacarıqlara malik kadrların hazırlanmasında ixtisaslaşmış biznes xidmətləri ekosistem şirkətidir.
Əlaqə vasitələri:
Marketinq şöbəsinə videoqraf/montajçı
İş barədə məlumat
- Müxtəlif tədbirlər, layihələr, reklam və ya sosial media üçün video görüntülərin çəkilməsi;
- Kamera, mikrofon və işıq avadanlıqlarının qurulması və tənzimlənməsi;
- Verilən brif və ya ssenariyə əsaslanaraq çəkiliş planının hazırlanması;
- Lokasiya seçimi və çəkiliş heyəti ilə koordinasiya;
- Kameraların, mikrofonların, işıqlandırma və digər texniki vasitələrin sazlığının təmin olunması;
- Çəkilmiş videoların kəsilməsi, birləşdirilməsi, ardıcıllıqla düzülməsi;
- Keçidlər (transitions), yazılar (text overlays), loqo, musiqi və effektlərin əlavə olunması;
- Videoların rəng tənzimlənməsi (color grading);
- Musiqi, səslər və danışıq səslərinin balanslaşdırılması.
Vəzifəyə dair tələblər:
- Peşəkar səviyyədə video çəkiliş və montaj bacarıqlarının olması
- Məsuliyyətli və yenilikçi olmaq
- Şəxsi videokameranın olması üstünlükdür.
- Portfolionun olması mütləqdir.
Əmək haqqı müsahibə əsasında təyin ediləcək.
Qeyd olunan tələblərə uyğun gələn namizədlər Müraciət Et düyməsində qeyd olunan link-ə daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Qeyd: İlkin göndərilmiş CV-lər əsasında son müraciət tarixindən daha tez müsahibə təşkil edilə bilər.
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə, 44C
Əlaqə nömrəsi: +994 12 310 53 45, +994 10 310 53 45, +994 51 201 33 26