Administrativ assistent
Ajouré - Bakının mərkəzində yerləşən, fərdi tikiliş və kirayə ziyafət libasları təklif edən atelye və butikdir. Gündəlik işlərin təşkili və müştəri yönümlü proseslərin dəstəklənməsi üçün komandamıza administrativ assistent axtarırıq.
Əsas vəzifələr:
- Müştəri bazasının aparılması, kassaya və anbara dair gündəlik hesabatların qeydiyyatı
- Dərzilər ilə sifariş qrafiklərinin planlaşdırılması və izlənməsi
- Müraciətlərin cavablandırılması (Instagram, WhatsApp və digər kanallar üzrə)
- Podratçılarla operativ əlaqələrin qurulması (kimyəvi təmizləmə və digər gündəlik ehtiyaclar)
- Butik daxilində təşkilati işlərin təşkili və axının nəzarətdə saxlanılması
- Rəhbərlik tərəfindən verilmiş digər administrativ tapşırıqların yerinə yetirilməsi
Tələblər:
- Müştəri ilə ünsiyyətdə real təcrübə (satış, reception və ya ofis işi sahəsində)
- Azərbaycan dilində səlis, qrammatik cəhətdən düzgün yazışma bacarığı
- Nizamlı, operativ, diqqətli və məsuliyyətli iş yanaşması
İş şəraiti
- Ünvan: 28 May / Sahil ərazisi, Xəqani 69A
- İş qrafiki: Bazar ertəsi – Şənbə, saat 09:00–18:00
- Əməkhaqqı: Təcrübəyə əsasən 500-700 azn
Müraciət üçün zəhmət olmasa CV-nizi Müraciət et düyməsində qeyd olunan e-mail ünvanına göndərin.