Veysəloğlu MMC

Şirkət haqqında:
“Veysəloğlu” MMC fəaliyyətinə 1994-cü ildə Türkiyədən qida məhsullarının idxalı ilə başlayıb və Veysəloğlu Şirkətlər Qrupunun təməli bu şirkət ilə qurulub. 1997-ci ildən etibarən şirkət öz fəaliyyətini genişləndirərək dünyanın bir çox tanınmış markalarının nümayəndəliklərini alıb və hazırda 4000-dən çox çeşiddə məhsulun ölkə üzrə distribusiyasını həyata keçirir. Şirkət Bakıda yerləşən baş ofisi ilə yanaşı, Mingəçevir və Salyanda yerləşən regional ofisləri və 2500-ə yaxın əməkdaşı ilə xidmət göstərir.
Əlaqə vasitələri:
Sistem İnzibatçısı Aparıcı Mütəxəssis
"Veysəloğlu" MMC İnformasiya Texnologiyaları Direktorluğunda, "Sistem İnzibatçısı Aparıcı Mütəxəssis" vakansiyasını elan edir. Ətraflı məlumatla aşağıda tanış ola bilərsiniz:
Vəzifə öhdəlikləri:
- Server, yaddaş, ehtiyyat nüsxələnmə və bulud sistemlərinin gündəlik işini nəzarətə götürmək, optimallaşdırmaq və uyğunluqla idarə etmək.
- Sistem infrastruktur problemlərinin aradan qaldırılması və kök səbəb analizinin həyata keçirilməsi.
- Cari və gələcək biznes tələblərinə uyğun sistem infrastruktur tutumunu izləmək və planlaşdırmaq.
- Problemlərin aşkarlanması, aradan qaldırılması və uzunmüddətli həllərin tətbiqinin təmin edilməsi.
- Sistem infrastruktur dəyişikliklərini qiymətləndirmək, planlaşdırmaq və idarə etmək, biznesə təsiri minimuma endirmək.
- Sistem infrastruktur aktivlərinin konfiqurasiya və sənədləşməsini hazırlamaq və idarə etmək.
- İdarəetmə tapşırıqlarını və sistem infrastruktur çərçivəsində avtomatlaşdırmaq üçün skriptlər hazırlamaq (Azure Cloud Shell, Powershell) və alətlər idarə etmək.
- Sistem infrastrukturunda baş verən fövqəladə hallar zamanı operativ reaksiya vermək, xidmətin fasiləsizliyini təmin etmək və hadisə zamanı bütün maraqlı tərəflərlə koordinasiyalı və aydın şəkildə ünsiyyət qurmaq bacarığı.
- Bulud əsaslı infrastrukturun (Azure, M365) idarə olunması və hibrid mühitlərlə inteqrasiyanı təmin etmək.
- Fəlakətdən bərpa (DR) planlarını hazırlamaq, mütəmadi testlər keçirmək və uğursuzluqlardan sürətli bərpa olunmanı təmin etmək.
- Sistem etibarlılığının, performansının və əməliyyat səmərəliliyinin artırılması üçün təşəbbüsləri müəyyənləşdirmək, təklif etmək və idarə etmək.
- Sistem infrastruktur xidmətlərinin şirkətin siyasətləri və normativ sənədləri ilə uyğunluğunu təmin etmək.
- İş fəaliyyətinə uyğun rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək
Tələblər:
- Windows Server əməliyyat sistemlərinin, eləcə də onun rollarının (AD, CA, RDS, DNS, DHCP) quraşdırılması və idarə edilməsi.
- Microsoft Azure və Microsoft 365 sahəsində təcrübə arzuolunandır / üstünlük verilir.
- VMware vSphere üzrə iş təcrübəsi.
- Veeam Backup adn Replication üzrə iş təcrübəsi.
- IaaS, PaaS və SaaS bulud modelləri arasındakı fərqləri anlamaq.
- Public Cloud, Hybrid Cloud və Private Cloud modelləri arasındakı fərqləri anlamaq.
- Server, storage və SAN switch-lərin quraşdırılması və idarə edilməsi.
- Monitoring sistemləri ilə işləmə bacarığı (Azure Monitor, SolarWinds və s.).
- Ali təhsil.
- İngilis dili bilikləri.
- Minimum 3 il müvafiq sahədə iş təcrübəsi.
Şəxsi keyfiyyətlər:
- Problemlərin həll olunmasında kreativ yanaşma.
- Komandada işləmək bacarığı.
- Stressə davamlılıq və vaxtın idarə edilməsi bacarığı.
Təkliflər:
- Müxtəlif maraqlı layihələrdə iştirak və peşəkar inkişaf imkanı.
- Təlim və sertifikat proqramlarına dəstək.
- Əməkhaqqı: Müsahibə əsasında təyin olunacaq.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.
- İş yeri: Bakı şəhəri
- İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Sistem İnzibatçısı Aparıcı Mütəxəssis” qeyd etməklə recruitment@veyseloglu.az elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.