Good Finance

Şirkət haqqında:
Good Finance şirkəti 2019-cu ildə yaradılmışdır. Şirkətin əsas fəaliyyəti korporativ müştərilərə çeşidli maliyyə xidmətlərinin göstərilməsidir. Konsaltinq layihələrimizdə müştərilərimizə təkcə maliyyə xidmətləri deyil, ümumi biznes konsaltinq həlləri də təklif edirik.
Əlaqə vasitələri:
Hüquqşünas
İşin təsviri
- Şirkətin hüquqi siyasətinin formalaşdırılması və tətbiqi;
- Müqavilələrin hazırlanması, yoxlanılması və risklərin qiymətləndirilməsi;
- Məhkəmə işlərinin aparılması və şirkətin maraqlarının hüquqi müdafiəsini təmin etmək;
- Yerli qanunvericiliyin izlənilməsi və dəyişikliklərin tətbiqi;
- Dövlət orqanları ilə yazışmaların və rəsmi müraciətlərin hazırlanmasını təmin etmək;
- Korporativ sənədləşmənin və qərarların hüquqi baxımdan düzgünlüyünü təmin etmək;
- Şirkət daxilində hüquqi məsləhətlərin verilməsi və hüquqi auditlərin təşkil edilməsi;
- Müxtəlif şöbələrə hüquqi dəstək göstərilmək (maliyyə, insan resursları, satış və s.);
- Kommersiya sirrini və hüquqi məxfiliyi qorunmaq;
- Rəhbərliyə hüquqi risklər və strategiyalarla bağlı hesabatları təqdim etmək.
Tələblər
- Ali hüquqi təhsil;
- Hüquq sahəsində 2-3 il iş təcrübəsi;
- Mülki, əmək, vergi və korporativ hüquq üzrə dərin biliklər;
- Analitik düşüncə və hüquqi riskləri düzgün qiymətləndirmək bacarığı;
- Yazılı və şifahi ünsiyyət bacarıqları;
- Təşəbbüskar və problem həll etmə bacarığına sahib olmaq;
- Azərbaycan, və rus dillərində səlis yazı və danışıq qabiliyyəti;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı.
İş şəraiti
- 5 günlük iş həftəsi;
- İstirahət: Şənbə və Bazar günləri
- Əmək haqqı: 900-1200+bonus
Uyğun namizədlər CV formasını Müraciət Et düyməsində qeyd edilmiş e-mail ünvanına "Hüquqşünas" başlığı altında göndərə bilərlər.