Marketinq Menecer
Vəzifələr və məsuliyyətlər:
- Şirkətin marketinq strategiyasını hazırlamaq, həyata keçirmək və təhlil etmək
- Reklam və promosyon kampaniyalarının planlaşdırılması və idarə olunması
- Rəqabət analizləri aparmaq, bazar trendlərini izləmək və hesabatlar hazırlamaq
- Satış kanallarının genişləndirilməsi və mövcud müştəri bazasının inkişafı
- Müştəri portfelinin idarə olunması və uzunmüddətli əlaqələrin qurulması
- Komanda daxilində əməkdaşlıq və koordinasiya yaratmaq
- Yeni məhsul və ya xidmətlərin bazara çıxarılması üzrə fəaliyyətlərdə iştirak etmək
- Şirkətin kommunikasiya fəaliyyətlərinin monitorinqini həyata keçirmək
- Rəqib markaların marketinq fəaliyyətlərini təqib etmək
- Marketinq fəaliyyətinin gəlirliliyini təhlil və nəzarət etməsi;
- PR və Reklam işlərinin icrasının həyata keçirilməsinə nəzarət;
- Rəqəmsal marketinqin aktivliklərinin təhlili və optimizasiyası;
- Şirkətin rəsmi saytını daim nəzarətdə saxlanması və təkmilləşdirilməsi;
Tələb edilən bacarıqlar və təhsil:
- Ali təhsil (Marketinq, Biznesin idarə olunması və ya oxşar sahələrdə)
- Müvafiq sahədə ən azı 3-5 illik iş təcrübəsi.
- Rəqəmsal alətlər və platformalarla (Google Ads, Meta Ads, Google Analytics və s.) işləmək bacarığı.
- Effektiv ünsiyyət və inandırma bacarığı.
- Azərbaycan dilində səlis, rus və/ya ingilis dillərində sərbəst ünsiyyət üstünlükdür
- Müzakirə və etirazlarla işləmə bacarığı.
- Yaradıcı düşüncə və güclü analitik qabiliyyət.
İş şəraiti:
- Əmək haqqı: Əmək haqqı namizədin bilik və bacarığına əsasən müəyyən ediləcək.
- İş qrafiki: I-V günlər (09:00-18:00); İstirahət günləri: şənbə və bazar.
- İş yeri: H.Əliyev pr.152, Çinar Plaza.
Uyğun namizədlər CV fomalarını Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissədə vakansiya adını qeyd edərək göndərə bilərlər.