Media Planner
Dostlar, komandamıza "Media Planner" axtarışındayıq!
Yeni komanda üzvümüz üçün yaradacağımız imkanlar:
- Dünyaca məşhur qlobal agentlikdə çalışmaq
- Özünü daim inkişaf etdirə biləcəyi mühit
- Bir-birindən maraqlı layihələr üzərində işləmək imkanı
- Təcrubəli, yaradıcı komandanın üzvü olmaq
Yeni komanda üzvümüzdən gözləntilərimiz:
- Ən azı 2 il reklam agentliyində "media planlayıcı" təcrübəsi, eyni zamanda kanallarda reklam xidməti üzrə iş təcrübəsi
- Azərbaycan dilində və rus dilində (arzuolunandır!) sərbəst ünsiyyət bacarığı, ingilis dilində yazı qabiliyyəti
- MS Office bilikləri (xüsusi ilə güclü MS Excell bilikləri)
- Kantar/Instar proqramında işləmə bacarığı
- Punktual, multitaskinq və zamanın idarə olunması bacarıqları
- Enerjili, ünsiyyətcil və məsuliyyətli olması
Yeni komanda üzvümüzün öhdəlikləri:
- Mövcud və yeni müştərilər üçün televiziyada, radioda müştəri tərəfindən ayrılmış büdcəyə media planların hazırlanması.
- Kampaniya müddətində planın Instar proqramında yoxlanılması və lazım gələrsə tənzimlənməsi.
- Media Plan bitdikdən sonra kanallarla əlaqəli şəkildə hesabatların aparılması
- Hesabatların müştəriyə təqdim edilməsi.
"Bu iş tam mənlikdir" deyirsənsə, öz CV-ni "Media Planner" başlığı ilə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndər.
Qeyd: Əməkhaqqı müsahibə əsasında təyin ediləcək.