Veysəloğlu MMC

Şirkət haqqında:
“Veysəloğlu” MMC fəaliyyətinə 1994-cü ildə Türkiyədən qida məhsullarının idxalı ilə başlayıb və Veysəloğlu Şirkətlər Qrupunun təməli bu şirkət ilə qurulub. 1997-ci ildən etibarən şirkət öz fəaliyyətini genişləndirərək dünyanın bir çox tanınmış markalarının nümayəndəliklərini alıb və hazırda 4000-dən çox çeşiddə məhsulun ölkə üzrə distribusiyasını həyata keçirir. Şirkət Bakıda yerləşən baş ofisi ilə yanaşı, Mingəçevir və Salyanda yerləşən regional ofisləri və 2500-ə yaxın əməkdaşı ilə xidmət göstərir.
Əlaqə vasitələri:
Korporativ kommunikasiya üzrə mütəxəssis
Sizə sürətlə böyüyən Şirkətlər Qrupunun dinamik iş mühitində perspektivli iş təklif edirik.
Vəzifə öhdəlikləri:
- Şirkətin ictimai imicinin formalaşdırılması və müsbət ictimaiyyət rəyi yaradılması üzrə kommunikasiya strategiyası üzrə tədbirlər planının hazırlanması və icrası
- Şirkətin dəyərlərini əks etdirən yaradıcı və məqsədyönlü məzmun strategiyasının hazırlanması və həyata keçirilməsi (storytelling yanaşması ilə)
- Rəhbərlik üçün çıxış mətnlərinin, təqdimatların, danışıq ssenarilərinin və əsas mesajların hazırlanması
- Şirkət daxilində baş verən əhəmiyyətli hadisələrin ictimaiyyətə təqdim olunması üçün informasiya və vizual material paketlərinin hazırlanması
- Sosial media platformaları üçün kontentin planlaşdırılması, hazırlanması, dizayn komandası ilə koordinasiyalı paylaşımı və performansının təhlili
- Aylıq kontent planlarının və PR fəaliyyətlərinin hesabatlarının hazırlanması, təhlil və inkişaf təkliflərinin verilməsi ( bizneslərin fəaliyyətləri də nəzərə alınmaqla)
- Şirkətin fəaliyyət sahəsi üzrə rəqib brendlərin və sektorun kommunikasiya fəaliyyətlərinin (PR, kontent, kampaniyalar) daimi monitorinqi və analiz olunması
- İctimaiyyətə yönəlik aylıq bülletenlərin və xəbərlərin hazırlanması və paylaşımı üçün kommunikasiya formatlarının qurulması
- Sosial layihələr, forumlar və daxili tədbirlər üçün kontent istehsalı, post-event (tədbir sonrası) materialların hazırlanması
- Böhran vəziyyətlərində reputasiya idarəçiliyinə dəstək
- Korporativ vebsayt, daxili kommunikasiya platformaları və sosial media üçün lokal və beynəlxalq dildə (azərbaycan, bəzi hallarda ingilis) mətnlər yazmaq və uyğunlaşdırmaq
- Copywriting (sloqanlar, qısa video ssenarilər, infoqrafika mətni və s.) üzrə yaradıcı yanaşmaların tətbiqi
Tələblər:
- Jurnalistika, PR, Marketinq, Kommunikasiya və ya əlaqəli sahədə ali təhsil
- PR, korporativ kommunikasiya və kontent menecment sahəsində ən azı 2-3 il iş təcrübəsi
- Copywriting və redaktə bacarığı – müxtəlif formatda mətnləri səlis, kreativ və məqsədəuyğun yazmaq
- Sosial media idarəçiliyi, kontent planlaşdırılması və performans göstəricilərinin təhlili üzrə biliklər
- Analitik düşüncə, rəqəmsal alətlərin istifadəsi ilə rəqib və sektor monitorinqi aparmaq bacarığı
- Aylıq hesabatlar, bülletenlər və kontent icmalları hazırlamaq bacarığı
- Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı; ingilis və xarici dil bilikləri üstünlükdür
- Canva, Adobe Spark və digər vizual kontent hazırlama vasitələri ilə ilkin dizayn bacarığı
- Komanda ilə işləmə, kreativ yanaşma, operativlik və təşəbbüskarlıq
- SEO əsaslı məzmun hazırlamaq və rəqəmsal kontentin optimizasiyası üzrə biliklər
- Korporativ kommunikasiya və brend strategiyası üzrə əsaslı anlayış
- Təqdimat bacarığı, daxili maarifləndirmə kampaniyalarının hazırlanmasında iştirak təcrübəsi
- Sektor üzrə media və kommunikasiya kampaniyalarına dair məlumatlılıq və təhlil təqdim etmək bacarığı
İş şərtləri:
- İş məkanı: Azure Plaza
- Əmək haqqı: Namizədin təcrübəsinə əsasən razılaşma yolu ilə
- İş rejimi: 5 gün (həftəiçi)
- Nahar: Təmin edilir
Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “Korporativ kommunikasiya üzrə mütəxəssis” yazmaqla, öz CV-lərini career@veyseloglu.az və job.veyseloglu.az ünvanına göndərə bilərlər.