Fortis Construction

Şirkət haqqında:
Fortis tikinti şirkəti daşınmaz əmlak bazarında öz innovativ layihələri, tikinti prosesində tətbiq etdiyi Avropa texnologiyaları, eləcə də ucaltdığı binaların Bakı şəhərinə xas memari ənənələri əks etdirən orijinal üslubla fərqlənir.
Əlaqə vasitələri:
Memar dizayner
İş haqqında məlumat
- Layihələrin yoxlanılması, analiz olunması və lazımi düzəlişlərin təklif olunması;
- Memarlıq və mühəndislik planlarının nəzərdən keçirilməsi və layihələndirilməsinə nəzarət;
- Layihələrin yerli və beynəlxalq standartlara, təhlükəsizlik qaydalarına uyğun olmasının təmin edilməsinə nəzarət etmək;
- Podratçı şirkətin memarlarının işini izləmək və tövsiyələr vermək;
- Podratçılar və subpodratçılar tərəfindən görülən işlərin düzgünlüyünü yoxlamaq və rəhbərliyə hesabat şəklində çatdırmaq;
- Layihə proqramının tələblərini hazırlamaq;
- Podratçı və subpodratçı layihə qruplarına nəzarət etmək, onlara dizayn spesifikasiyalarını şərh etməkdə kömək etmək;
- Məsləhətçilərin təklif və iradlarını koordinasiya etmək;
- Layihələndirmə ilə əlaqəli məsələlərin vaxtında həll olunmasını və layihə tələblərinin yerinə yetirilməsini təmin etmək üçün tərəfdaşlarla ünsiyyətdə olmaq;
- Obyektlərdə ölçü işlərinin aparılması;
- Eskiz layihənin hazırlanması;
- Memarlıq planının hazırlanması;
- Eksteryer və İnteryer 3D görünüşlərin hazırlanması.
Tələblər
- Təhsil: Müvafiq sahədə təhsilli olmaq;
- Təcrübə: Müvafiq sahədə ən azı 5 il;
- Kompüter bacarıqları: ArchiCAD, AutoCAD, 3dMax, və s;
- Dil bilikləri: rus dili bilmək arzu ediləndir;
- Əllə eskizləri çəkmək bacarığı arzu ediləndir;
- İşə qarşı məhsuliyyətli, dəqiq, səmimi, nizam-intizamlı;
- Tapşırılan işi vaxtında yerinə yetirmək;
- Kreativ, zöqlü, sürətli işləmə bacarığı;
- Müstəqil və komanda şəklində işləmək bacarığı;
- Shop drawing ve detal çizgi etməyi bacarmalı;
- Fit Out işləri üzrə təcrübəyə sahib olmalıdır.
Əmək haqqı: Namizədin bilik, iş təcrübəsi və şəxsi keyfiyyətləri əsasında təyin olunacaq.
Göstərilən tələblərə uyğun namizədlər mövzu qismində « Memar dizayner» qeyd etməklə CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməlidir.