Baku Service Company

Şirkət haqqında:
1995-ci ildən öz fəaliyyətinə başlayan BAKU SERVICE COMPANY şirkəti artıq 23 ildən çoxdur ki, müştərilərin xidmətindədir.
Fəaliyyətinə NAB adı ilə başlayan Servis Mərkəzi 1998-ci ilə qədər bu adla fəaliyyət göstərmişdir. 2007-ci ilin fevral ayında şirkət rəsmi olaraq “BAKU SERVICE COMPANY” adını almışdır.
BSC şirkəti hal-hazırda Abşeronda yerləşən 4 Servis Mərkəzi və ölkənin digər bölgələrində fəaliyyət göstərən 30-dan çox fillialları ilə müştərilərə xidmət göstərir. BSC filiallarının əsas məqsəd və vəzifəsi Azərbaycanın istənilən bölgəsində müştərilərin vaxtına qənaət edərək onlara sürətli və yüksək keyfiyyətli xidmət göstərməkdir.
BSC şirkətinin servis mərkəzləri yüksək standartlara cavab verən müasir avadanlıqlarla təchiz edilib.
Məqsədimiz qısa müddət ərzində yüksək keyfiyyətli xidmət göstərməkdir!
Əlaqə vasitələri:
Çağrı mərkəzi operatoru
Vəzifə öhdəlikləri:
- Daxil olan telefon zənglərinin cavablandırılması və sifarişləri qeydə almaq;
- Müştərilərin şikayət, təklif və tövsiyyələrinin dinlənilməsi və ya müvafiq şəxsə yönləndirilməsi;
- Sistem üzrə zənglərin qeydiyyatının aparılması;
- Daxil olan zənglərin müvafiq şöbələrə yönləndirilməsi.
Tələblər:
- Ali və ya orta ixtisas təhsil;
- Səlis Azərbaycan və Rus dili biliyi;
- Rus dili mütləqdir. Rus dili olmayan cv – lər baxılmayacaq.
- MS Office proqram biliyi;
- Çağrı mərkəzi operator vəzifəsi üzrə iş təcrübəsi arzuolunandır;
- Səlis və aydın intonasiya ilə danışıq bacarığı;
- Xoş səs tonu;
- Müştərilərlə ünsiyyət qurma bacarığı;
- Məsuliyyətlilik və inkişafa meyillilik;
- Strese davamlılıq;
- Emosiyalarını idarə etmə bacarığı;
- Kollektivdə komanda ilə işləmə bacarığı;
- Yaş həddi: 20-45.
İş şəraiti:
- 6 günlük iş həftəsi;
- Nahar saat 13:00-14:00;
- İstirahət günləri - bazar günləri;
- Əmək haqqı: 600 azn net
Xahiş olunur CV-lərinizi göndərdikdə “subject” (mövzu) hissəsində “Çağrı mərkəzi operatoru” adını qeyd edməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt adresinə göndərə bilərsiniz.