N1 Çörək Zavodu

Şirkət haqqında:
“Xəzri TN” MMC-yə məxsus ümumi sahəsi 3 hektara yaxın olan №1 Çörək Zavodunun tikintisinə 2012-ci ildə başlanmışdır. Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən, ən müasir standartlara cavab verən zavodun açılışı 18 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin iştirakı ilə həyata keçirilmişdir.
Ərzaq təhlükəsizliyinin və əhalinin keyfiyyətli çörək məhsulları ilə təmin edilməsi üçün zavod Almaniyanın Werner & Pfleiderer şirkətinə məxsus ən son texnologiya və avadanlıqlarla təchiz olunmuşdur.
Günlük istehsal gücü 150 ton olan çörək zavodunda istehsal prosesi tam avtomatlaşdırılmışdır.
Əlaqə vasitələri:
Dispetçer
İş Yeri: № 1 Çörək Zavodu
İş barədə məlumat:
- Rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilmısi
- Sürücülərin gündəlik çıxışları və istirahət günlərinin təyin edilməsi
- İntizam qaydalarını pozan sürücülərin izahatını alır;
- Sürücülərin məzuniyyətə planlı şəkildə göndərilməsini təşkil edir;
- Nəqliyyat vasitələrinin axşam vaxtından başlayaraq anbardan məhsulların yüklənməsi üçün nəqliyyat vasitələrinin vaxtında yükləməyə verilməsini təmin edir;
- Yüklənmiş nəqliyyat vasitələrini öncədən təyin olinmuş sürücülər ilə təmin edərək çıxışlarını təşkil edir
- Nəqliyyat vasitələrinin sürücülərə istismara yaralı vəziyyətdə təhvil-təslim aktı ilə təhkim edir;
- Təhvil-Təslimə aid şəkilləri və qeydləri Nəqliyyat Qovluğuna əlavə edir;
- İşə qəbul edilmiş sürücünü ilkin vəzifə təlimatı ilə tanış edir. Sürücünü Nəqliyyat vasitəsi ilə təhlükəsiz davranış qaydaları haqqında, daxili nizam-intizam qaydaları haqqında, təyin edilmiş maksimum sürət həddi haqqında, sığorta hadisələri zamanı Nəqliyyat Şöbəsinə, DYP və Sığorta şirkətinə məlumat verməsi haqqında təlimatlandırır;
- Nəqliyyat vasitələri GPS izləmə sistemi ilə təchiz edilmişdir. Nəqliyyat vasitələrinin xüsusi proqram vasitəsi ilə izlənilməsində, təyin edilmiş istiqamətlərdən kənar hərəkət olduğu hallarda səbəbin araşdırılmasında, sürət aşmalara nəzarət edilməsində və qayda pozan sürücülər barəsində şifahi və yazılı şəkildə üst rəhbərə məlumat verilməsində; Nəqliyyat vasitələrinin izlənməsi üçün istifadə olunan proqramda və ya cihazda çıxan nasazlıqlar barəsində müvafiq şirkətə müraciət edir
- Sürücülərə yol vərəqini yazır, qeydiyyatını aparır və hesabatını hazırlayır
- Sürücülərinin gündəlik kim hansı nəqliyyat vasitəsini idarə etdiyinin qeydiyyatı aparılır
- Gündəlik bütün yük nəqliyyat vasitələrinin km- göstəricilərini qeyd edir;
Tələblər:
- Təcrübə: 1 il
- Sürücülük vəsiqəsi: B və C kateqoriyası mütləqdir (D kateqoriyası arzuolunandır)
- Ofis proqramları bilikləri
- İşində dəqiq və məsuliyyətli olmalı,kollektivlə işləmə bacarığı
- Yaş həddi 25 - 55 yaş
İş Şərtləri
- Əmək haqqı: 900 AZN
- 6 gün iş 1 gün istirahət , 9-18:00
Əlaqə nömrəsi: 055-455-61-82
Uyğun namizədlər CV-lərini " Dispetçer " başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.