PASHA Life

Şirkət haqqında:
“PAŞA Holding” şirkətlər qrupuna daxil olan “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti 24.11.2010-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 14.02.2011-ci il tarixli lisenziyası əsasında həyat sığortası sahəsi üzrə xidmətlərin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərir.
Təsis olunduğu zaman “PAŞA Həyat Sığorta” ASC-nin nizamnamə kapitalı 7.000.000 (yeddi milyon) AZN təşkil edirdisə, fəaliyyətinin ilk 3 ilinin nəticəsi olaraq Cəmiyyətin nizamnamə kapitalı 5,75 dəfə artırılaraq, hazırda 40.250.000 (qırx milyon iki yüz əlli min) manata çatdırılmışdır.
“PAŞA Həyat Sığorta” ASC dinamik inkişaf edən universal həyat sığortası şirkəti olmaqla hazırda Azərbaycan Respublikasının Sığorta qanunvericiliyi ilə nəzərdə tutulmuş həyat sığortası sinfinə aid olan bütün növ məhsulları müştərilərinə təqdim edir.
Əlaqə vasitələri:
Ehtiyyatların hesablanması şöbəsinin mütəxəssisi
Aktiv və öhdəliklərin idarə edilməsi və Ehtiyyatların hesablanması departamenti
Vəzifə Öhdəlikləri:
- IFRS 17 standartı çərçivəsində sığorta ehtiyatlarının (Contractual Service Margin, Risk Adjustment, Liability for Incurred Claims və s.) aylıq və rüblük hesablamalarında iştirak etmək;
- Solvency II və ya analoji tənzimləyici çərçivələr üzrə Best Estimate Liability və Risk Margin hesablamalarının aparılmasında iştirak etmək;
- Azərbaycan Mərkəzi Bankı tərəfindən tənzimlənən ehtiyat növlərinin hesablanması prosesində iştirak etmək və nəticələrin uyğunluğunu təhlil etmək;
- İstifadə olunan əsas aktuari fərziyyələrin (assumptionların) – ölüm halları, xitam faizi, ödənişin gecikdirilməsi və s. – statistik təhlilini aparmaq, onların yenilənməsi və back-testing proseslərində iştirak etmək;
- Sığorta ehtiyatlarının adekvatlıq testlərinin (Run-off testləri, Loss Adequacy Test – LAT və s.) aparılmasında iştirak etmək;
- İllik büdcə və planlaşdırma prosesləri çərçivəsində sığorta ehtiyatlarının proqnozlaşdırılmasında iştirak etmək;
- Hesablamaların nəticələrinə əsasən analitik hesabatlar, izahat sənədləri və təqdimatlar hazırlamaq;
- Modellərin və metodologiyaların sənədləşdirilməsi, yoxlanılması (validation) və audit proseslərinə texniki dəstək göstərmək;
- Mövcud aktuari modellərin (Excel, R, Python və ya digər vasitələrlə hazırlanmış) təkmilləşdirilməsi və avtomatlaşdırılması ilə bağlı təkliflər vermək və onların tətbiqini həyata keçirmək;
- Birbaşa rəhbər tərəfindən verilən digər texniki və hesabat xarakterli tapşırıqları icra etmək.
Namizədə olan tələblər:
- İş təcrübəsi: Aktuari sahəsində minimum 1 il iş təcrübəsi (aktuari modelləmə və ya sığorta ehtiyatlarının hesablanması üzrə);
- Təhsil: Riyaziyyat, Tətbiqi riyaziyyat, İqtisadiyyat, Maliyyə, Statistikaya dair bakalavr və ya magistr dərəcəsi
- Xarici dil bilikləri: İngilis dili: əla
- Kompüter bilikləri: MS Excel: əla, R Language: orta, Python: əla
Üstünlüklər:
- Aktuari sertifikatlaşdırması üzrə beynəlxalq (məsələn: IFoA, SOA, CERA) sertifikatlara sahib olmaq;
- Azərbaycan Mərkəzi Bankı tərəfindən verilən aktuari sertifikatının mövcudluğu və ya bu istiqamətdə ən azı bir sertifikasiya imtahanından keçmiş olmaq;
- IFRS 17 standartı ilə işləmə təcrübəsi və bu çərçivədə sığorta ehtiyatlarının hesablanmasında iştirak;
- Solvency II və ya ona bənzər tənzimləyici çərçivələr üzrə kapital tələbləri və ehtiyat hesablamaları sahəsində bilik və ya təcrübəyə malik olmaq;
- Aktuar ehtiyat hesablaması modelləri (Chain-Ladder, Bornhuetter-Ferguson və s.) ilə tanışlıq;
- Data analiz və modelləşdirmə sahəsində düşüncə tərzi və texniki bacarıqların mövcudluğu.
Biz nə təklif edirik:
- Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
- Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
- Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
- Ödənişsiz dayanacaq imkanının təmin olunması;
- “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
- İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır