Oven Food Bakery

Şirkət haqqında:
“OVEN FOOD BAKERY” MMC çörək, qənnadı və qida məmulatlarının istehsalı və satışı ilə məşğuldur.
Əlaqə vasitələri:
Satış üzrə mühasib
Vəzifə öhdəlikləri:
- İlkin satış sənədlərinin, müqavilələrin hazırlanması;
- Debitor borc məlumatlarının bütövlüyünün təmin edilməsi;
- Satışa aid bütün sənədləşmə işlərinin yerinə yetirilməsi;
- Qaimə fakturaların yoxlanması və yerli qanunvericiliyə uyğunluğunun təmin olunması;
- Satışa aid hesabatların müəyyən edilmiş müddətə tərtib və təqdim edilməsinin təmin edilməsi;
- Satış şöbəsinə vaxtında və dəqiq məlumat vermək məqsədilə ödənilmiş qaimə fakturalar ilə hazırlanmış fakturaların üzləşdirilməsi;
- Məhsullar üzrə satış və qaytarış qiymətlərinin yoxlanılması və düzəlişlərin edilməsi;
Namizədə olan tələblər:
- Ali təhsil (Mühasibat uçotu, Maliyyə, İqtisadiyyat, Menecement)
- Satış üzrə mühasib kimi minimum 2-3 il iş təcrübəsi;
- LOGO proqram təminatını və 1C 8.3 proqramını bilməli;
- Microsoft Office proqramlarını əsasən də, Excel proqramını yaxşı səviyyədə bilməli;
- Analitik düşünmə tərzi və problemləri həll etmə bacarığı;
- Məsuliyyətlilik və ünsiyyət qurmaq bacarığı.
İş şəraiti :
- İş qrafiki: I-VI günlər;
- Əmək haqqı: Müsahibə zamanı razılaşmaya əsasən təyin olunacaq
- Servis xidməti: Şirkət tərəfindən təmin edilir;
- Ünvan: Bakı şəhəri, Balaxanı Sənaye Kompleksi.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Satış üzrə mühasib” qeyd edərək Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.