Giltex

Şirkət haqqında:
GİLAN TEKSTİL PARKI nəinki Azərbaycanda həm də Cənubi Qafqaz regionunda yeganə vertikal inteqrasiya sistemi ilə qurulmuş və tekstil istehsalı üzrə bütövlükdə texnoloji ardıcıllığı tam əhatə etmiş İplik fabriki, iki Toxuma fabrikləri, iki Boyama fabrikləri, Tikiş fabriki və Tibbi maska fabrikindən ibarət təsisdir. Müəssisə 2012-ci ildən Sumqayıt şəhərində fəaliyyət göstərir. GİLAN TEKSTİL PARKI-nda əsas xammal kimi Azərbaycan pambığından olan mahlıc istifadə olunur. Hal-hazırda GİLAN TEKSTİL PARKI-nda iplik, müxtəlif növ parça, yataq dəstləri, toxuculuq məhsulları, dəsmallar, hörgü məhsulları, yorğanlar, yastıqlar, habelə oda və suya davamlı xüsusi geyimlər, müxtəlif təyinatlı uniformalar, hərbi və xəstəxana geyimləri, xalatlar və s. istehsal edilməkdədir. COVID-19 pandemiyası ilə mübarizəyə töhfə vermək məqsədilə müəssisənin nəzdində tibbi maskaların istehsalı təşkil olunub.
Əlaqə vasitələri:
Keyfiyyət təminatı üzrə Menecer
Əsas vəzifə və öhdəliklər:
- Keyfiyyət təminatı işini planlaşdırmaq, idarəetmə sistemləri ilə bağlı prosesləri analiz etmək və sənədləşdirmək
- Keyfiyyət təminatı ilə bağlı bütün növ sənədlərin yaradılması, nəşri, idarə edilməsi, yenilənməsini təmin etmək və aktiv şəkildə tətbiqinə nəzarət etmək;
- İdarəetmə sistemi üzrə təftiş və nəzarət tədbirlərinin həyata keçirilməsində iştirak etmək.
- Standartlara, spesifikasiyalara, prosedurlara, texniki şərtlərə, dizayn, texniki və texnoloji sənədlərə, müqavilələrin tələblərinə cavab verməyən xidmət, məhsul və proseslərin qarşısını almaq üçün təkliflərin hazırlanmasında iştirak etmək;
- Fərdi fəaliyyət planı tərtibində iştirak etmək.
- Keyfiyyət təminatı sistemlərinin hazırlanması qaydaları və vasitələrini bilmək.
- Rəhbərliyə təftişlər və keyfiyyətə təminat metodları barədə təkliflər vermək, təftişləri həyata keçirmək və icrasına nəzarət etmək.
- Göstərişlərə əsasən nəticələrə dair hesabat vermək.
- Birbaşa rəhbərinə işi barədə hesabat vermək.
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Ali təhsil;
- Minimum 2 il müvafiq sahədə iş təcrübəsi.
- Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, təlim keçmə bacarığı, şəxsi və peşəkar inkişaf, hesabat yazma səriştəsi;
- Korporativ məlumat sistemində işləməyi bacarmalı;
- İdarəetmə Sistemləri və auditi üzrə müvafiq sertifikatlarıa malik olmalı; (ISO 9001:2015, ISO 14001:2015, ISO 45001:2018)
- Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis dili vacibdir, rus dili arzuolunandır, Microsoft Office və digər proqramları bilməli.
İş saatı:
- Həftə ərzində 5 günlük iş qrafiki.
- Servis (20 Yanvar ərazisindən) və nahar şirkət tərəfindən təmin olunur.
Müraciət üçün:
- CV-nizi və mövzu sətrində “Keyfiyyət təminatı üzrə Menecer” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.