Problemli kreditlərlə iş şöbəsinin mütəxəssisi
Vəzifə öhdəlikləri:
- Hüquqi sənədlərin hazırlanması və rəsmiləşdirilməsi;
- Məhkəmə qərarlarının icrası ilə əlaqədar İcra Şöbələrində borclular haqqında hüquqi tədbirlərin görülməsi ilə əlaqədar məktub və ya ərizələrin hazırlanması;
- Məhkəmə və digər dövlət orqanlarına sənədlərin hazırlanması;
- Müdriyyətin verdiyi gündəlik tapşırıqların yerinə yetirilməsi;
- Fəaliyyəti ilə bağlı müxtəlif hesabatlar hazırlamaq.
Tələblər:
- Struktur bölmənin fəaliyyətinin yönümü üzrə ali təhsil (İqtisadiyyat, Maliyyə, Hüquq);
- Müvafiq sahə üzrə 1 ildən çox təcrübə. İcra orqanlarında təcrübəsi olan namizədlərə üstünlük verilir;
- 1C/8.3 proqramında işləmək bacarığı üstünlükdür;
- Effektiv ünsiyyət bacarığı və komanda daxilində işləmək bacarığı;
- Dəqiqlik, detallara fikir vermək qabiliyyəti.
- Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, rus dili biliyi üstünlükdür
- İş şəraitinin şərtlərini nəzərə alaraq xanım namizədlərə üstünlük verilir.
İş barədə məlumat:
- Əmək haqqı: NETT 600 AZN
- İş yeri: Bakı, Nərimanov rayonu
- Komfortlu ofis şəraiti, müasir tələblərə uyğun idarəetmə sistemi, mehriban komanda
- 6 günlük iş qrafiki: I-V-ci günlər 10:00-18:00, VI-cı günlər 10:00-14:00
CV-lərinizi “Problemli kreditlərlə iş şöbəsinin mütəxəssisi” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılır